AZ

Sərt pivə ürək və böyrəklər üçün zərərlidir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Psixiatr-narkoloq Aleksandr Polikarpov bildirib ki, pivənin tez-tez istifadəsi böyrəklərdə, ürəkdə və mədədə problemlərə səbəb ola bilər.

Aztibb.az “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, narkoloqun izahına görə, alkoqolsuz pivədən sərt pivəyə keçid alkoqoldan asılılığın formalaşmasından xəbər verir. Bundan başqa, istənilən pivə orqanizmə ciddi ziyan vura bilər.

Həkimin sözlərinə görə, pivə yüksək təzyiqi stimullaşdırmaqla ürəyə yükü artırır. Bundan əlavə, bu spirtli içki mədəyə mənfi təsir göstərir. Pivə orqanizmdən faydalı mikroelementləri “yuyur”, ağızda metal dadı yaradır və qastrit riski artır.

Narkoloq böyrəklərin də pivədən əziyyət çəkdiyini qeyd edib. Onun tez-tez istifadəsi böyrəklərin "həddən artıq işləməsinə" gətirib çıxarır və orqanın fəaliyyətini pozur, o cümlədən fibroz və böyrək çatışmazlığının inkişaf riski yaranır.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla