AZ

Restoranların"SERVİS HAQQI" təyin etməsi doğrudurmu? - VİDEO

Restoranların"SERVİS HAQQI" təyin etməsi doğrudurmu? - VİDEO

Kafe və restoranların bir çoxunda servis haqqı deyə bir anlayış var. Qiymət isə ümumi hesabla 5-15-20 faiz arası dəyişir. Bəs servis haqqı adı ilə müştəridən pul tələb etmək qanunidir?

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı "Xəzər Xəbər" araşdırma aparıb. Sakinlər bildirib ki, menyuda xidmət haqqı alarkən qabaqcadan müştəriyə bildirilməli və qeyd edilməlidir. Amma əfsuslar olsun ki, restoranlar buna əməl etmir. Ona görə məlumat verilməlidir ki, müştəri qabaqcadan öz hesabını müəyyən edə bilsin. Eyni zamanda vətəndaşların fikrincə xidmət haqqı könüllü olmaldır.

Hüquqşünas Şamil Paşayev deyir ki, qanun bunu qadağan etmir. Lakin istehlakçı öncədən bilməlidir ki, nə qədər servis haqqı verəcək. Bu ya menyuda ya da bir kağızda masanın üzərində yazılmalıdır.

"Bunun özü əsassız və qanunsuzdur. Çünki restoranın mahiyyəti xidmət etmək deməkdir. Bu İqtisadiyyat Nazirliyinin restoran və ictimai-iaşə obyektlərinin fəaliyyətini həyata keçirməsinə aid olan əsasnamədə birmənalı şəkildə təsbit olunub. Bunun digər fəsadı odur ki, qiymətlərin menyuda təqdim edilməməsi var".

Hüquqşünas deyir ki, İnzibati Xətalar Məcəlləsinin 445-ci maddəsinə əsasən qiymət intizamının pozulmasına görə 800 manatdan 1000 manata qədər olan məbləğdə cərimə edilir.

Ətraflı "Xəzər Xəbər"in süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla