AZ

Azərbaycan minifutbol millisindən 1 qələbə, 1 məğlubiyyət

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

style='margin-bottom:10px;'>

Azərbaycanın minifutbol yığması Monteneqroda təşkil olunan beynəlxalq turnirdə iki oyun keçirib.

QOL.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Avropa çempionatına hazırlıq çərçivəsində ilk oyununda dünya çempionu Rumıniyaya uduzub - 0:1.

Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv 2-ci matçında Bosniya və Herseqovina ilə qarşılaşıb və  6:0 hesabı ilə qalib gəlib. Millinin qollarını Mirkamil Əliyev, Təmkin Xəlilzadə, Ağaseyid Qasımov, Təmraz Əmircanov, Ramiz Çovdarov və Kamran Qürbətov vurub.

Seçilən
8
Mənbələr
Şərh ()
Bağla