AZ

Havada tozun miqdarı normadan çoxdur

Bakıda və Abşeron yarımadasının atmosfer havasında tozlu hava şəraiti müşahidə olunur.

 

Bu barədə Sfera.az-a Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva məlumat verib.

 

Qurum rəsmisi qeyd edib ki, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır.

 

“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir. Belə hava şəraitinə səbəb dünən axşam saatlarından başlayan şimal-qərb istiqamətli küləklərin arabir güclənməsi nəticəsində yerin üst quru səthində formalaşan toz kütlələrinin ətraf ərazilərə yayılmasıdır”, - R.Allahverdiyeva deyib.

 

Onun sözlərinə görə, tozlu hava şəraitinin yaxın iki gün ərzində davam edəcəyi gözlənilir.

 

Günay

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
46
Mənbələr
Şərh ()
Bağla