AZ

Kolumbiya Ordusunun milyonlarla silah-sursatı yoxa çıxdı

Kolumbiya Ordusuna məxsus milyonlarla silah-sursat, o cümlədən güllə, qumbara və çoxlu sayda raketlər itib.

Demokrat.az
xəbər verir ki, bu barədə ölkə Prezidenti Qustavo Petro açıqlama verib.

O bildirib ki, itirilmiş silah-sursatların statistikası hərbi bazalarda aparılan son yoxlamalar zamanı ortaya çıxıb. 

Prezident itkilərə görə ordu daxilindəki korrupsiyaner hərbiçiləri günahlandıraraq, onların silah alverçiləri ilə əlbir olduğunu deyib. 

Qeyd edək ki, Müdafiə Nazirliyi itən sursatlarla bağlı araşdırmaların davam etdiyini bildirib.


Aysu
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla