AZ

Çin və Argentina arasındakı əlaqələr digər xalqların təsirinə məruz qalmamalıdır -Vanq Yi

Çinin xarici işlər naziri Vanq Yi argentinalı həmkarı Diana Mondino ilə görüşündən sonra keçirilən mətbuat konfransında Buenos-Ayres və Pekin arasındakı münasibətlərə başqa ölkələrin təsir etməməsi lazım olduğunu bildirib.

"Müstəqilliyə riayət etmək lazımdır. Çin-Argentina əməkdaşlığı hər iki tərəfin maraqlarına uyğundur. Bu, bərabərhüquqlu tərəfdaşlar arasında qarşılıqlı yardımdır. O, üçüncü tərəflərə qarşı yönəlməyib və üçüncü tərəflər tərəfindən pozulmamalıdır", - Vanq Yi bildirib.

Bu barədə Çin Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

Onun sözlərinə görə, Pekin və Buenos Ayres müstəqil xarici siyasət yürütməli, kənar müdaxilələri aradan qaldırmalı və hər iki ölkənin iqtisadi inkişafını sürətləndirmək üçün bir-birini dəstəkləməlidir.

Qeyd edək ki, Mondino aprelin 28-30-da Çində olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
50
Mənbələr
Şərh ()
Bağla