AZ

Modriç “Real”ın ən qocası oldu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Luka Modriç “Real”ın tarixinə düşüb. Dünən Münhendə “Bayern”ə qarşı oynayan xorvat yarımmüdafiəçi klubun Çempionlar Liqasında forma geyən ən yaşlı futbolçusu olub.

Futbolinfo.az xəbər verir ki, 2:2 hesabı ilə bitən ilk yarımfinal görüşündə meydana ayaq basarkən Modriç 38 yaş 234 günlüyündə olub. Bununla da madridlilərin əfsanəsi Ferents Puşkaşın rekordu yenilənib.

Luka eyni zamanda qitənin ən nüfuzlu turnirində oynamış qocaların siyahısında ilk “üçlüy”ə düşüb. Hazırda xorvat futbolçudan öndə iki italiyal sabiq müdafiəçi var. Paolo Maldini 38, Alessandro Kostakurta 40 yaşı olarkən ÇL-də top qovub.

Seçilən
63
2
Mənbələr
Şərh ()
Bağla