AZ

Cüdo üzrə "Raquf Orucov Kuboku"nun qalibi məlum olub

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Cüdo

Bakı, 1 may, AZƏRTAC

Aprelin 30-da Bakı İdman Sarayında cüdo üzrə ənənəvi V “Raquf Orucov Kuboku” (“Raguf Orujov Cup”) komandalararası beynəlxalq turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, 2016-cı il Aprel döyüşlərinin şəhidi, əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun timsalında torpaqlarımızın işğaldan qurtarılması, dövlətimizin suverenliyinin təmin olunması uğrunda canını qurban verən bütün şəhidlərin xatirəsinə həsr edilmiş turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Türkmənistan, Macarıstan, Gürcüstan və Rusiyanın (Fərdi Neytral İdmançılar) 20 yaşadək cüdoçularından (U-20) ibarət 13 komanda mübarizə aparıb.

Azərbaycan Cüdo Veteranları Assosiasiyasının təşəbbüsü, Gənclər və İdman Nazirliyinin və Cüdo Federasiyasının dəstəyi ilə təşkil olunmuş yarışın rəsmi açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Rəşadətli Ordumuzun zəfərinə və Raquf Orucovun döyüş yoluna, həmçinin turnirin tarixinə həsr olunmuş videoçarxlar nümayiş olunub.

Rəsmi və bədii hissə başa çatdıqdan sonra Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov turniri açıq elan edib.

Turnirin finalında "Edelveys" (Fərdi Neytral İdmançılar) və "Judo Club 2012" komandaları qarşılaşıblar. Azərbaycan təmsilçiləri rəqibinə qalib gələrək kuboku və qızıl medalları qazanıblar. Bürünc medallara "Atilla" İdman Klubu (Azərbaycan) və Macarıstan komandası layiq görülüblər. Qaliblər diplom, medal və pul mükafatları ilə təltif olunublar.

Xatırladaq ki, ilk dəfə 2017-ci ildə keçirilən turnir 2018, 2019 və 2023-cü illərdə də təşkil olunub.

Seçilən
51
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
1309
Azərbaycanda bu məhsul bahalaşdı
1226
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
1147
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
1008
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
999
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
969
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
966
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
961
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
909
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
898
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
893
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
828
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
780
Helikopter qəzası ilə bağlı yeni xəbər
766
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
739
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
728
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
727
Həlak olan şəxslər sabah dəfn olunacaq
701
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
675
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
661