AZ

Azərbaycanda yeni telekanal açıldı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyası binasının açılışı olub.

Kult.az xəbər verir ki, TV son 200 ildə mərhələli şəkildə öz el-obasından deportasiya edilən azərbaycanlılar, Qərbi Azərbaycanda məhv edilən Azərbaycan irsi barədə həqiqətlərin çatdırılmasına, o cümlədən sülh yolu ilə, təhlükəsiz və ləyaqətlə geri qayıdış uğrunda aparılan fəaliyyətə yaxından dəstək olmaqla bütün işini bu istiqamətə kökləyib.

Telekanal həftədə 6 dəfə - 3 dəfə Azərbaycan, 3 dəfə rus dilində olmaqla, 2 saat boyunca efirə çıxacaq.

Üstəlik, həftə ərzində yarım saatlıq ingilis dilində icmal da nəzərdə tutulub.

Seçilən
92
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq