AZ

Bir neçə il əvvəl Bakının mərkəzi prospektini bağlayan şirkətin rəhbərliyi və AYNA arasında çəkişmə - Nə baş verir?

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Xəbər verdiyimiz kimi, "R Group Azerbaijan" MMC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətini və "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" publik hüquqi şəxsi məhkəməyə verib.

 

MMC-dən Pravda.az-a bildirilib ki, 2022-ci ilin fevralın 17-də Bakının Heydər Əliyev prospektində icazə blanklarının verilməməsinə görə keçirilən dinc aksiya zamanı şirkətin təsisçisi Cəfərov Rəmiş olaraq həbs olunub, iki sürücü inzibati qaydada həbs edilib, 1 sürücü isə inzibati cərimə olunub.

 

"Bu hadisələrdən sonra AYNA rəhbərliyi qanunsuzluqları ört-bastır etmək üçün 2018-ci ildə baxılmış və işə hüquqi qiymət verilmiş qərardan şikayət verilməmiş işi, 4 il sonra (bu hadisə baş verdiyinə görə) şirkət rəhbərini qanunsuz həbsdə saxlamaq üçün yenidən iddia qaldırıb. Dörd il sonra bu "obyektiv" araşdırmanı kimlər sifariş etdi? AYNA rəhbəri Anar Rzayev? Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov? Cəfərov Rəmiş həbs olunandan dərhal sonra planlı şəkildə Anar Rzayev Cəfərov Rəmişin həbs olunub cavab vermək iqtidarında olmadığından istifadə edərək olmazları ictimaiyyətə sırıyıb. Bu hadisə baş verəndən sonra qurumun etdiyi qanunsuz hərəkətlərə (hərkətsizliklərə) görə Sumqayıt İnzibati Məhkəməsinə məcbur etmə iddiası ilə müraciət edilib. İş 2022-ci ilin avqust ayından hakim Vəfa Əzizovanın icraatına verilib. O gündən bu günə qədər müxtəlif prosessual pozuntularla işi müxtəlif formada ağılabatmayan müddətə qədər uzadırlar. Ayrı-ayrı vaxtlarda qanunvericiliyin tələblərini dəfələrlə və kobud şəkildə pozduğuna görə Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayevə və Məhkəmə Hüquq Şurasına dəfələrlə şikayətlər olunub. Şirkətin rəhbəri artiq 3-cü ildir ki, həbsdədir. Bu, inzibati iş kimi də davam edir. Şirkət rəhbəri inzibati məhkəməyə iştirak etmək üçün gətirilmir. Hazırda şirkətin nəqliyyat vasitələri icazə vərəqlərinin verilməməsinə görə fəaliyyət göstərə bilmir", - məlumatda qeyd olunub. 

 

Pravda.az məsələ ilə bağlı AYNA-ya sorğu ünvanlayıb.

Tarix: 1 May 2024, 10:47   
Seçilən
59
Mənbələr
Şərh ()
Bağla