AZ

Prezident İlham Əliyevin yanaşmasına görə milli maraqlar və beynəlxalq hüquq paralel mövcud ola bilər-VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Həftəyə Baxış-İbrahim Məmmədovun təqdimatında

Prezidentin xarici ekspertlərlə söhbəti zamanı demək olar ki, hər bir ölkənin qarşılaşdığı xarici siyasət dilemmaları və Azərbaycanın onları necə həll etməsi məsələsi ortaya çıxdı. Məsələn, Azərbaycanın Ukrayna savaşına münasibəti, Rusiya və Ukrayna ilə əlaqələri, Qəzza məsələsinə münasibət kimi xarici siyasət dilemmaları. Prezident İlham Əliyevin cavablarında əsas baza prinsiplər əks olunur: 

- Başqalarına münasibətdə ədalətli və dürüst olmaq;

- Etibarlı olmaq, gözlənilməz addımlar atmamaq, sürprizlər etməmək;

- Beynəlxalq hüquq müstəvisindən kənara çıxmamaq;

- Bütün addımları milli maraqlara uyğunlaşdırmaq.

Bu prinsipləri əsas tutduğunda bütün qütblərlə səmərəli münasibətlər qurmaq mümkündür.

Bunun nəticəsidir ki, Azərbaycan:

- Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və eyni zamanda Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri də mövcuddur;

- Azərbaycan İsrail ilə dost ölkədir, eyni zamanda Fələstin xalqının öz dövlətinə sahib olmaq istəklərini tam dəstəkləyir

Yəni, Azərbaycan Prezidentinin yanaşmasına görə birincisi, milli maraqlar və beynəlxalq hüquq paralel mövcud ola bilər, biri digərini istisna etməməlidir və ikincisi, dostluq beynəlxalq hüququ istisna etməməlidir, beynəlxalq hüquqa qarşı olmamalıdır.

 

visiontv.az



Seçilən
62
Mənbələr
Şərh ()
Bağla