AZ

Luka Modriç "Real"ın tarixinə DÜŞDÜ

Luka Modriç Çempionlar Liqasında İspaniyanın "Real" klubunun heyətində meydana çıxan ən yaşlı futbolçu olub.

Bakıvaxtı.az xəbər verir ki, yarımmüdafiəçi 38 yaş 234 günlüyündə "Bavariya" ilə yarımfinal mərhələsinin ilk matçında çıxış edib.

Xorvatiya millisinin kapitanı bununla da əfsanəvi Ferents Puşkaşın 1965-ci il noyabrın 17-dən bu yana qırılmayan rekordunu yeniləyib. Macarıstanlı qoleador 38 yaş 229 günlüyündə meydana çıxıb.

Modriç bu göstəricini Madrid klubunun heyətində keçirdiyi 528-ci, Çempionlar Liqasında isə 118-ci oyununda yeniləyib.

Qeyd edək ki, "Bavariya" - "Real" matçı heç-heçə (2:2) yekunlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
4
Mənbələr
Şərh ()
Bağla