AZ

Avropa Komissiyası siyasiləşmiş orqan olmamalıdır - Şarl Mişel

Bakı. Trend:

Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Brüsseldə üzvdövlətlər arasında qərarların qəbulunda ikili standartların mövcudolduğunu düşünür.

Trend xəbər verir ki, Şarl Mişel bu fikri İspaniyanın “El Mundo”qəzetinə müsahibəsində deyib. Onun fikrincə, Avropa Komissiyasısiyasiləşmiş qurum olmamalı, neytrallığa və obyektivliyə hörmətetməlidir.

Avropa İttifaqının genişlənməsi məsələsini şərh edən Şarl Mişel2004-cü ildə təşkilata yeni üzvlərin qoşulmasının vacibliyinivurğulayıb. Onun sözlərinə görə, 20 il öncə Aİ-yə yeni ölkələrdaxil olmasaydı, onların arasında “yeni dəmir pərdə” yaranacaqdı.Avropa İttifaqı Şurasının sədri, eyni zamanda, qurumda yekdilqərarların qəbulu ilə bağlı getdikcə artan problemin mövcudluğunuda etiraf edib.

Şarl Mişelin sözlərinə görə, Avropa İttifaqının növbətigenişlənməsi tarixi bir an olacaq. “Böyüklüyünə, kəndtəsərrüfatının həcminə və müharibəyə görə Ukraynanın Aİ-yə üzvlüyüüçün xüsusi keçid dövrü lazımdır”, - deyə siyasətçi əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
7
Mənbələr
Şərh ()
Bağla