AZ

6 mikrosahibkara “Startap” şəhadətnaməsi verilib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindəndaha 6 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 145-əçatıb.

“Startap” şəhadətnamələri "E-Tibb" MMC-nin onlayn həkim qəbuluüçün mobil platforması, "İmajin Technologies" MMC-nin interaktivalış-veriş platforması, "Finmarket" MMC-nin kredit təşkilatlarıüçün onlayn kredit platforması, "Troniq" MMC-nin reklam robotununistehsalı və satışı, "Yoldash" MMC-nin avtomobil sürücülərini vəsərnişinləri birləşdirən onlayn platforması, Xəyalə Nuşirəvanovanınonlayn zəka oyunları platforması layihələri üçün təqdim edilib.

Qeyd edək ki, “Startap” şəhadətnaməsi KOB subyektlərinişəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindənəldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 ilmüddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıqsubyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edəbilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər,eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakılinkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Seçilən
30
24
Mənbələr
Şərh ()
Bağla