AZ

AMB 2024-cü ildə cari əməliyyatlar hesabının profisitli olacağını gözləyir

Azərbaycanda yenilənmiş proqnozlara əsasən mövcud meyillər davam edəcəyi təqdirdə 2024-cü ilin yekunu üzrə cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir.

"İki sahil” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) bəyanatında deyilir.

"Tədiyə balansının əsas komponenti olan ticarət balansında bu ilin I rübündə 2,3 milyard ABŞ dolları məbləğində cari əməliyyatlar hesabında profisit formalaşıb", - AMB bildirir.

Beynəlxalq Valyuta Fondu (IMF) 2024-cü il üçün Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitini ÜDM-in 8,5 %-i səviyyəsində proqnozlaşdırır. Dünya Bankı isə Azərbaycanın ortamüddətli perspektivdə cari əməliyyatlar hesabının profisitini ÜDM-in 7,5 %-i həcmində proqnozlaşdırılır,

Qeyd edək ki, 2023-cü ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 8 milyard 329,4 milyon ABŞ dolları və ya ÜDM-in 11,5 %-ini təşkil edib. 2022-ci illə müqayisədə profisit 64,5 % və ya 2,8 dəfə azalıb ki, bu da 2023-cü ildə neft və qazın ucuzlaşması ilə əlaqədardır.

Tədiyyə balansına əsasən, 2023-cü ildə neftin orta qiyməti bir barel üçün 85,9 ABŞ dolları olub. Halbuki 2022-ci ildə bu rəqəm 103,7 ABŞ dollarına bərabər idi.

Neft-qaz sektorunda profisit 17 milyard 91,5 milyon ABŞ dolları (40,4 % azalma), qeyri-neft-qaz sektorunda isə 8 milyard 762,1 milyon ABŞ dolları (68,9 % artım) təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23498
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12971
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
9843
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5634
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5495
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Helikopter qəzası ilə bağlı yeni xəbər
4338
Rəisi öldü, Pakistanda matəm elan edildi
4056
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3681
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3631
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3408
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3331
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3024
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2730
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2619
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
2506
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2503