AZ

YAP Nizami rayon təşkilatının partiya veteranları mükafatlandırılıb -FOTO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Şərifli küçəsi 161” ərazi partiya təşkilatında görüş keçirilib.

“İki sahil” xəbər verir ki,  görüşdə YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və “ Şərifli küçəsi 161” ərazi partiya təşkilatının sədri İradə Axundova çıxış edərək partiyanın təsis olunmasından bu günə qədər keçdiyi şərəfli inkişaf yolundan, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xalq, dövlət qarşısındakı xidmətlərindən, Azərbaycanın Zəfər tarixindən danışıblar. Eyni zamanda, YAP-ın ictimai-siyasi proseslərdə rolundan bəhs edilib, qarşıdan gələn mühüm hadisələrlə əlaqədar fikir mübadiləsi aparılıb.

Görüşdə partiya üzvlərini maraqlandıran suallar da cavablandırılıb.

Sonda yubiley yaşında olan, o cümlədən 20 ildən artıq partiya stajına malik üzvlər mükafatlandırılıb.

Seçilən
118
4
Mənbələr
Şərh ()
Bağla