AZ

“Mersedes” Ferstappen üçün nəhəng müqavilə hazırlayıb

“Formula-1” komandalarından “Mersedes” gələn il “Red Bull”un pilotu Maks Ferstappenlə müqavilə bağlamaq istəyir.

Bu haqda xəbəri “SoyMotor” yayıb.

Həmin qaynağa inansaq, niderlandlı sürücüyə illik 150 milyon avro maaşı və şirkətin elçisi statusunu nəzərdə tutan müqavilə təklif oluna bilər. O da qeyd olunur ki, danışıqlarda Ferstappenlə yanaşı, atası Yos və pilotun təmsilçisi Raymond Vermüllen də iştirak edəcək. Danışıqların mayın 5-də keçiriləcək Mayami mərhələsindən sonra baş tutacağı bildirilir.

Xatırladaq ki, Ferstappenin “Red Bull” ilə müqaviləsinin müddəti 2028-ci ildə bitəcək. Pilot bir müddət əvvəl “Mersedes”ə keçə biləcəyini istisna etməmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla