AZ

"Wings for Life World Run" qlobal qaçış tədbiri Bakıda

5 may 2024-cü il tarixində saat 15.00-da Dənizkənarı Bulvar ərazisində (Dövlət Bayrağı Meydanının yaxınlığı ) "Wings for Life World Run" qlobal qaçış tədbiri başlayacaq.

Offsideplus.az xəbər verir ki, dünyanın ən böyük qaçış tədbiri “Wings for Life World Run” 2024-cü ildə geri qayıdır. Bu yarış bütün dünyada qaçışçılar və əlil arabası istifadəçilərini tayı-bərabəri olmayan, əyləncəli və xeyriyyə hədəfi güdən məqsəd ətrafında birləşdirir.

Dünyanın müxtəlif nöqtələrində insanlar hərəsi öz sürəti və hədəfləri ilə, amma eyni zamanda və bir yerdə Bakı vaxtı ilə 15.00-da onurğa sütunu xəstəliklərinin müalicəsinə bizi daha yaxın etmək üçün qaçacaqlar. Belə ki qeydiyyat ödənişlərinin 100%-i onurğa xəstəliklərinin araşdırılmasına yönəldilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla