AZ

Çətinliklərlə üzləşirik və bundan çıxış yolu tapmalıyıq - Jan Kristof Bas

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bakı. Trend:

Hazırda hər birimiz böyük çətinliklərlə üzləşirik və bundançıxış yolu tapmalıyıq.

Trend xəbər verir ki, bu barədə Sülh Naminə Əlaqələndiricilər vəQlobalKompasın təsisçisi, Brazzavildə baş məsləhətçi cənab JanKristof Bas VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuçərçivəsində keçirilən “Çoxtərəfli əməkdaşlığın inkişafındayumşaqgücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmayaqarşı müqavimət” adlı panel sessiyasında çıxışı zamanı deyib.

“Hazırkı dünya parçalanır. Biz bunun hər sferada şahidiyik.Bütüm bunları daimi diqqət mərkəzində saxlamalıyıq. Bu, sadəcəbeynəlxalq yox, cəmiyyətlər daxilində olan böhran və parçalanmadır.Heç kəs özlüyündə insanlığı bu çətinlikdən çıxarmaq qabiliyyətindədeyil. Yalnız birlikdə çıxış yolu tapa bilərik.

Etiraf etməliyik ki, heç kəs öz fikrini digərlərinə diktə edəbilməz. Bizə lazım olan yalnızca dialoq deyil, paylaşmaqdır.Qarşımızda duran çətinlik çoxqütblü dünyanın qurulmasıdır ki, bu dabizə intibah gətirsin. Həqiqi mənada qarşımıza məqsədlərqoymalıyıq”, - deyə o bildirib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası DialoqForumu öz işinə başlayıb.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq vəQarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlifölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərləyanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində onpanel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdətutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləntədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş MillətlərTəşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO vəBMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı iləkeçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Seçilən
40
1
Mənbələr
Şərh ()
Bağla