AZ

Zorakılığa məruz qalan qadın və uşaqlara 600 milyon dollar ayrıldı

Avstraliyanın Baş naziri Entoni Albanese ölkə daxilində zorakılığa qarşı etirazların ardınca qadınların məişət zorakılığı və təzyiqindən xilas olmaq üçün yeni maliyyə dəstəyi veriləcəyini açıqlayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hökumət qarşıdakı 5 ildə şiddət qurbanı olan qadın və uşaqlara təxminən 600 milyon dollar yardım edəcək.

Baş nazir vurğulayıb ki, qadınlara, uşaqlara və gənclərə qarşı zorakılığı hədəf alan səbəblər aradan qaldırılmalıdır. Xüsusən də pornoqrafiya və uşaqlara mənfui təsir göstərən texnologiyalar qadağan ediləcək.

Albanese qeyd edib ki, hökumət 3 aydan sonra məsələni yenidən müzakirə etmək üçün bir araya gələcək.

Xatırladaq ki, Avstraliyada qadınlara qarşı zorakılığa diqqət çəkmək üçün aprel ayında ölkə daxilində 17 etiraz aksiyası keçirilib. Melburndakı etiraz aksiyasına təxminən 15 min adamın qatıldığı təxmin edilir.

Günel Mikayılova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla