AZ

İlqar Abbasov aprel ayında 4 səyyar görüş keçirib - Fotolar

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş qrafikə əsasən, aprel ayında şəhərin müxtəlif ərazilərində sakinlərlə 4 səyyar görüş keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, səyyar görüşlərdə şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də ictimai-siyasi sabitliyin daha da möhkəmləndiyini, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində xeyli işlərin görüldüyünü qeyd edib.

O, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən “Yeni Şirvan” yaşayış kompleksinin tikintisi, su-kanalizasiya sisteminin yenidən qurulması, küçələrin işıqlandırılması, nümunəvi məhəllələrin, yaşıllıqların salınması işlərinin davam etdirildiyini bildirib. Eyni zamanda həyata keçirilən infrastruktur layihələri, Şirvan şəhərinin 2024-2028-ci illər üçün “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulmuş tədbirlər barədə məlumat verib.

Səyyar görüşlərdə sakinlərin müraciətləri dinlənilib və onları narahat edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb.

Həmçinin İlqar Abbasov ənənəvi olaraq hər ay olduğu kimi, aprel ayının sonuncu cümə axşamı da Şəhidlər xiyabanını ziyarət edib, şəhid ailələri ilə görüşüb.

İcra başçısı şəhid ailələrini narahat edən məsələlərlə bağlı müraciət və təkliflərini dinləyib və aidiyyəti üzrə həlli üçün müvafiq tapşırıqlar verib.








Seçilən
54
Mənbələr
Şərh ()
Bağla