AZ

Odessa “İsgəndər-M” ballistik raketi ilə vuruldu

Ruslar gecə saatlarında üç “İsgəndər-M” ballistik raketi ilə Odessaya hücum ediblər.

Editor.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin spikeri İlya Yevlaş mayın 1-də “Rada” kanalı tərəfindən yayımlanan telemarafonda danışıb: “Gördüyümüz kimi, düşmən Odessanı əsas hədəf kimi seçib, necə ki, o, əvvəllər Xarkova hücum edib və indi də şəhərin sıx məskunlaşdığı ərazilərə üç “İsgəndər-M” ballistik raketi ilə hücum edib, nəticədə həlak olanlar və yaralananlar var.

Bu qaniçən rus terrorunun başqa bir təzahürüdür, bu hücum hədə-qorxu və sabitliyi pozmaqdan başqa heç bir məqsəd daşımır”. Yevlaş vurğulayıb ki, yalnız bir kompleks döyüşdə ballistikaya tab gətirə biləcəyini dəfələrlə sübut edib – bu, “Patriot”dur: “Rusiya terroru ilə mübarizə aparmaq və insanların həyatını xilas etmək üçün bizə daha çox belə sistemlər və raketlər lazımdır” – dedi.

//Samir Qurbanov, Editor.az

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla