AZ

Arda Gülərə rekord təklif

''Real''da heyətə düşə bilməməsinə rəğmən ən çox müzakirə edilən futbolçulardan olan Arda Gülərlə bağlı növbəti transfer şayiəsi yayılıb.

Bu dəfə İspaniya mətbuatının iddiasına görə ona premyer-liqa təmsilçisi ''Nyukasl'' ciddi maraq göstərir. ''Defensa Sentral'' nəşrinin yazdığına inansaq, ingilislər gənc türkiyəli ulduz üçün 50 milyon avro ödəməyə hazırdılar. Xəbərdə qeyd olunur ki, ''Nyukasl'' rəsmiləri Ardanı çox bəyənirlər və yaxın gələcəkdə onu komandanın liderlərindən birinə çevirmək istəyirlər. ''Real''ın bu təklifə necə cavab verəcəyi bilinməsə də, Arda dəfələrlə Madridi tərk etmək niyyətində olmadığını vurğulayıb. Arda ən son ''Real Sosyedad''la səfər oyununda qələbə qolunun müəllifi olmuşdu. Həmin oyundan sonra baş məşqçi Karlo Ançelotti 19 yaşlı futbolçunun gələn mövsüm də ''Real''da qalacağını bildirmişdi. Bu transfer baş tutsa, Arda Gülər Arda Turanın rekordunu yeniləyərək ən baha qiymətə bir klubdan başqa kluba keçən türkiyəli futbolçuya çevriləcək. 2015-də Arda Turanın ''Atletiko''dan transferi ''Barselona''ya ümumilikdə 41 milyon avroya başa gəlmişdi.

ƏLİ

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla