AZ

"Mega Insurance" işçilər axtarır - VAKANSİYALAR

Mega Insurance

Həkim-ekspert

Son tarix 01 iyn 2024 - [email protected]

Namizədlərə olan tələblər:

  • Təhsil: Ali Tibbi.
  • Şəxsi keyfiyyətlər və bacarıqlar: Təhlil etmə, yazılı və şifahi kommunikasiya, komanda da işləmək bacarığı,  intizamlılıq, dəqiqlik, məsuliyyət,  məqsədyönümlük.     
  • İş təcrübəsi: 3 il tibbi sığorta sahəsində, onlardan 1 il tibbi sığorta ekspertizası  sahəsində.
  • Dil bilikləri: Azərbaycan dili – tam sərbəst, Rus dili – sərbəst danışa bilmək. Ingilis dili: yazmaq və danışmaq - B2 dərəcədə.  
  • Kompüter bacarıqları: Microsoft Office  Word və Excell – sərbəst istifadəçi.

Əsas vəzifə öhdəlikləri:

  • Tibbi sığorta üzrə tibbi-iqtisadi ekspertizanı həyata keçirmək.
  • Tibb müəssisələri tərəfindən yazılmış reyestrləri yoxlamaq və tibbi sığorta proqramı üzrə uyğunluğu müəyyən etmək.
  • Tibb müəssisələri və əczaxanalar tərəfindən hazırlanmış reyestrlərə görə ödəmə  aktlarını hazırlamaq.
  • Tibb müəssisələri ilə əlaqəli şəkildə işləmək.
  • Ödəmələrin həyata keçirilməsi üçün sığorta aktları və digər sənədlərini şöbə rəhbərliyinə təqdim etmək.
  • İşlənmiş məlumatları əməliyyat sisteminə yükləmək.
  • Sığorta ödənişlərinin uçotunu aparmaq.

Əmək şəraiti və şərtləri:

  • Əmək haqqı: Əmək müqaviləsi ilə müəyyən olunur namizədin təcrübə və səriştəsinə uyğun.  
  • İş qrafiki: I-IV günlər 09:00-18:00, cümə günü 09:00-17:00-dək. İstirahət günləri: şənbə və bazar günləri, dövlət bayramları və dövlət üzrə elan olunan qeyri iş günləri.  
  • Tibbi sığorta təminatı təqdim olunur.
  • Fitnes mərkəzləri şəbəkəsindən istifadə etmək üçün Push30.az xidmətinə qoşula bilmək imkanı.  
  • Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.   
  • Meqa Sığorta” ASC-nin Təlim akademiyasında təlim almaq imkanı.

Zəhmət olmasa mövzü bölməsində Həkim-ekspert qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət olunacaqdır.

 

Qəza eksperti

 Son tarix 01 iyn 2024 [email protected]

Namizədlərə olan tələblər:

  • Təhsil: Ali və ya orta ixtisas təhsil;
  • İş təcrübəsi: Sığorta hadisələrinin tənzimlənməsi sahəsində - 2 il;
  • Kompüter bacarıqları: Microsoft Office  Word və Excel – sərbəst istifadəçi.
  • Dil bilikləri: Azərbaycan və rus dili;
  • Sürücülük vəsiqəsi: B kateqoriyası.
  • Şəxsi keyfiyyətlər və bacarıqlar: Təhlil etmə, yazılı və şifahi kommunikasiya, komanda da işləmək bacarığı, operativlik,  intizamlılıq, dəqiqlik və məsuliyyət.

Əsas vəzifə öhdəlikləri:

  • Baş vermiş sığorta hadisəsi yerinə çıxış.
  • Baş vermiş sığorta hadisəsinin yerində araşdırılması.
  • Zəruri sənəd və sübutların toplanması.
  • Tələb olan hallarda sürücü və ya sığorta obyektini istifadə edən şəxsin tibbi müayinədən keçməsini təşkil etməsi.
  • müayinədə iştirak etməsi və müvafiq qeydlərin aparılması.
  • Gündəlik olaraq sığorta hadisələrinin uçotunun aparılması və əməliyyat proqramına işlənməsi.
  • Vəzifə təlimatında qeyd olunan digər xidməti vəzifələrin icrası.

Əsas əmək şəraiti şərtləri:

  • Əmək haqqı: namizədin təcrübə və səriştəsinə uyğun olaraq müəyyən olunur.  
  • Tibbi sığorta təminatı təqdim olunur.
  • Fitnes mərkəzləri şəbəkəsindən istifadə etmək üçün Push30.az xidmətinə qoşula bilmək imkanı.  
  • “Meqa Sığorta” ASC-nin Təlim akademiyasında təlim almaq imkanı.

Zəhmət olmasa mövzu bölməsində Qəza eksperti qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin. Vakansiya tələblərinə  uyğunluq gələn namizədlər müsahibəyə dəvət olunacaqdır.

 

Junior Underwriter

 Son tarix 01 iyn 2024 [email protected]

Salary: Negotiable.  Based on labor contract 5 working days from 09:00 to 18:00.

Company provided with medical insurance.

To apply, please send your resume with the subject line "Junior Underwriter”.

Qualifications:

  • Education: Higher.  
  • Work Experience: Not required.  
  • Language requirement: Azerbaijani (native), English (C1), Russian - Preferable.  
  • Computer Skills: MS Office – Excel, Word, Basic knowledge.  

Roles and Responsibilities:

  • Processing inward insurance requests.
  • Risk assessment and quote preparation.
  • Study (analysis) of Life/Non-life insurance portfolio.
  • Participation in the preparation of new insurance wording and conditions.
  • Participation in the preparation of new insurance products.
  • Performing other duties according to the job description.

Personal qualities and skills:

  • Analytical thinking, responsibility and determination, ability to collect and analyze information, written and oral communication, initiative and innovative.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
fed.az

1Mənbələr