AZ

Orelyen Tçuameni “Real”ı Çempionlar Liqasının finalında görür

“Real”ın dayaq yarımmüdafiəçisi Orelyen Tçuameni Çempionlar Liqasının yarımfinalında “Bayern”ə qarşı keçirdikləri ilk oyunu şərh edib:

Arena.az xəbər verir ki, fransalı futbolçu 2:2 hesabıyla başa çatmış oyundan sonra bunları dilə gətirib:

“Yaxşı oyun oldu, amma bəzi baxışlarda daha yaxşı oynamalı idik.

“Bayern” kimi komandaya qarşı səfərdə oynamaq çətindir, hətta onların liqadakı çətinlikləri olsa belə. Çətin oyun olacağını gözləyirdik, nəticədə belə oldu. Ancaq komanda olaraq sona qədər irəliləmək və finala çıxmaq üçün gücümüz var”, deyə Tçuameni qətiyyətlə vurğulayıb.

Bu komandalar arasındakı cavab oyunu mayın 8-də “Santyaqo Bernabeu”da keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

“Bordo”nun yetirməsi olan Tçuameni “Real”a 2022-ci ilin iyulunda 80 milyon avro qarşılığında “Monako”dan keçib. Fransalı “dayaqçı”nın “qaymaqlılar”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Tçuameni “Real”ın heəytində bütün yarışlarda 37 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

Orelyen Tçuameni 2021-ci ilin sentyabrında debüt etdiyi Fransa yığmasının heyətində 31 oyuna 3 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib. Orelyen “xoruzlar”la 2021 UEFA Millətlər Liqasının qalibi olub.

Orelyen Tçuameni “Kral klubu” ilə 2022/2023 mövsümündə İspaniya Super Kubokunu və UEFA Super Kubokunu qazanıb, həmçinin 2023 FIFA Klub Dünya Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı fransalı dayaq yarımmüdafiəçinin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
105
Mənbələr
Şərh ()
Bağla