AZ

Gürcüstan prezidenti etirazçılara dəstək verib…

...Gürcüstan prezidenti Salome Zurabişvili Tbilisidə xarici agentlər haqqında qanuna etiraz edənləri dəstəkləyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS xəbər verir.

Eyni zamanda, dövlət başçısı nümayişçilərdən hüquq-mühafizə orqanlarının əməkdaşlarını təxribat törətməməyi xahiş edib.

Qeyd edək ki, bundan əvvəl Zurabişvili daxili işlər naziri Vaxtanq Qomelauridən etirazçıları dağıtmağı dayandırmağı tələb etmişdi.

O, aksiyanın dinc xarakter daşıdığını və Tbilisidə asayiş üçün heç bir təhlükə yaratmadığını bildirmişdi.

...Bir daha xatırladaq ki, aprelin 29-da gürcü deputatlar ikinci oxunuşda qeyri-hökumət təşkilatları və KİV-lərin illik gəlirlərinin 20 faizi xaricdən gəlirsə, onların qeydiyyatını nəzərdə tutan xarici agentlər haqqında qanun layihəsini dəstəkləyiblər.

Ertəsi gün Tbilisidə etirazçılar qanun layihəsinə qarşı mitinq keçiriblər.

Ağasəf Babayev

Seçilən
92
Mənbələr
Şərh ()
Bağla