AZ

“Ali təhsilli şəxslər tələb olunur!” – Bəs ölkədə kolleclər nəyə görə fəaliyyət göstərir? – AÇIQLAMA

Əksər işəgötürənlər müvafiq sahə üzrə ali təhsilə xüsusi diqqət yetirir. Eyni zamanda Azərbaycanda iş elanlarının 90 faizində bu nüans əsas tələblərdən biri kimi qeyd olunur. Belə olan halda ölkədə kollec məzunu olan subbakalavrların iş tapması xeyli çətinləşir. Həm subbakalavr, həm də bakalavr pilləsində təhsili mümkün olan ixtisaslar üçün işəqəbul prosesi zamanı ali təhsilin tələb kimi qoyulması ağılabatan səslənmir.

Əgər həmin ixtisasın icrası üçün ali təhsil tələb olunursa, nəyə görə subbakalavr pilləsində də bu ixtisas üzrə təhsil almaq mümkündür? Bu müəssisələr arasında təhsil baxımından hansı fərqlər var və işə götürülərkən bu formada təhsil səviyyəsinə görə fərq qoyulması düzgündür?

NOCOMMENT.az xəbər verir ki, təhsil eksperti Elçin Əfəndi referans.az-a açıqlamasında bu sualları cavablandırıb.

“Ali təhsil istiqaməti və orta-ixtisas təhsili istiqaməti təmamilə fərqli təhsil pillələridir. Orta-ixtisas təhsili istiqamətində subbakalavr dərəcəsi, ali təhsil istiqamətində isə bakalavr dərəcəsi verilir. Təbii ki, ali təhsil müvafiq istiqamət üzrə bilik və bacarıqların daha dərindən öyrənilməsi və formalaşması istiqamətidir. Orta-ixtisas təhsilində isə bu bilik və bacarıqlar bu qədər dərindən öyrədilmir. İstər ali təhsil, istərsə də ali təhsil müəssisəsini bitirdikləri zaman da, əlbəttə ki, bu diplomlar arasında fərq var. Nəticə etibarı ilə işə götürənlər də maksimum çalışır ki, məhz ali təhsil istiqamətində daha çox bilik və bacarıqlara sahib olan şəxsləri işə götürsün. Müəyyən istiqamətlər var ki, orada orta-ixtisas təhsili tələb olunur, istər dövlət, istərsə də qeyri-dövlət sektorunda”.

Ekspert bildirib ki, şəxslər arasında məhz sənəd müxtəlifliyinə görə deyil, bilik və bacarıqlara görə fərq qoyulsa, daha yaxşı olar. O, eyni zamanda fikirlərinə əlavə edib ki, təkcə Azərbaycanda yox, dünyanın əksər ölkələrində belə bir fərqləndirmə metodu mövcuddur və bu metoddan istifadə edilərək kadrların hazırlığı həyata keçirilir.

Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov isə qeyd edib ki, Azərbaycanda dövlət qulluğuna birmənalı olaraq ali təhsilli şəxslər qəbul olunur. Bu “Dövlət qulluğu” haqqında qanuna görə belədir.

“Doğrudur, özəl sektorda da ali təhsilə önəm verilir amma bu işin statusundan da asılıdır. Ümumiyyətlə, ölkə üzrə hər bir qurumda, müəssisədə ali təhsilə üstünlük verirlər. Buna görə də kolleclərlə bağlı problem yaşanmaqdadır. Məsələn, texniki peşə kollecləri var ki, bunlar ixtisaslı fəhlə hazırlayır və buna həqiqətən də ölkədə ehtiyac var. Lakin kollec anlayışı texniki peşə kollecləri və universitet anlayışlarının arasında qalıb. Buna görə onun statusunun dəyişməsi ilə bağlı müəyyən planlar, perspektivlər və gözləntilər var”.

Sahib Məmmədov bu məsələnin gələcəkdə öz həllini tapacağını güman edir.

Seçilən
96
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20923
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19285
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18241
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17621
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16696
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16482
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16082
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15448
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11927
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11255
"Zaur, yenə çaşdın..." - VİDEO
8853
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8818
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8120
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7988
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7466
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7134
Minimum əmək haqqı nə qədər arta bilər?
7067
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6304
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5731