AZ

Hayastanda sülh və itaətsizliyin qarşıdurması:Hansı qalib gələcək?..

“Biz xəyali, real olmayan sərhədlərdən imtina etməli, xəyali Ermənistandan real Ermənistana keçid etməliyik. Əks halda, xəyali Ermənistana görə real Ermənistanı da itirə bilərik”. Bu fikri Ermənistanın baş naziri Nikol Paşinyan öz haydaşlarına müraciətində bildirib. Əgər baş nazir belə düşünürsə bəs niyə sözdən əmələ keçmir, sülh müqaviləsini imzalamağa tələsmir? Bəs tərəflər arasında neçə ildir davam edən sülh danışıqları nə vaxt sona çatacaq? Hazırda Bakı və İrəvan yazılı sülh anlaşmasına doğru yolun hansı hissəsindədir?

Analitiklərin qənaətinə görə, Azərbaycanla Ermənistan arasındakı sülh şəraiti heç vaxt indiki qədər real olmayıb. Qazağın eksklav olmayan kəndlərinin işğalına son qoyulması, delimitasiya prosesinin başladılması, ilk sərhəd dirəklərinin basdırılması və hətta razılaşdırılmış sərhəd xəttinin demarkasiya olunması istiqamətində ciddi irəliləyişlərin əldə olunması bu reallığın nəticəyə varacağına olan ümidləri daha da artırıb. Azərbaycan buna azacıq da olsa mane olan heç bir addım atmır. Ancaq Hayastanda sülh müqaviləsinin reallaşmasına əngəl yaradan bir sıra daxili və xarici təsirlər var. Bunlardan birincisi Ermənistan konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olunması və həmin istinadda Azərbaycan ərazilərinin Ermənistana birləşdirilməsi haqqında maddənin yer almasıdır. Ermənistanın Müstəqillik Bəyannaməsinin preambula hissəsində Ermənistan SSR Ali Sovetinin və qondarma "Dağlıq Qarabağ"ın qondarma "milli şurasının" “Dağlıq Qarabağ”ın “Ermənistan SSR-ə birləşdirilməsi” haqqında “birgə qərarı”na istinad olunur. Bu isə şübhəsiz ki, Azərbaycan torpaqlarının ilhaqı, həm indiki Ermənistan, həm də artıq işğaldan azad etdiyimiz ərazilərdə xəyali Hayastan dövlətinin formalaşdırılması niyyətinin qüvvədə saxlanması deməkdir.  Xatırladaq ki, Ermənistan SSR Ali Sovetinin və “Dağlıq Qarabağ”ın “milli şurası” adlanan qondarma təsisatın 1 dekabr 1989-cu il tarixli “qərarı” həmin dövrdə mövcud olan SSRİ konstitusiyasına zidd olduğu üçün yuxarı orqan - SSRİ Ali Soveti tərəfindən qanunsuz sayılaraq ləğv edilib.

İndiki halda qanuni əsası olmayan ərazi iddialarının tamamilə aradan qaldırılması ilk növbədə Ermənistanın özünə lazımdır. Çünki beynəlxalq hüququn müstəqil subyekti olan bir dövlət heç bir halda BMT Nizamnaməsinin müddəalarına zidd olan iddialarla çıxış edə bilməz. BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində deyilir: "Birləşmiş Millətlər Təşkilatının bütün üzvləri beynəlxalq münasibətlərində hər hansı dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı və ya Birləşmiş Millətlər Təşkilatının məqsədlərinə uyğun olmayan hər hansı şəkildə güc tətbiq etmək hədəsindən və ya güc tətbiqindən çəkinməlidirlər. Ermənistanın Müstəqillik Bəyannaməsində yer alan ərazi iddiaları və ölkə konstitusiyasında bu Müstəqillik Bəyannaməsindəki “hədəflərə” istinad olunması Azərbaycan ərazilərinin işğalını və ilhaqını nəzərdə tutan güc tətbiq etmək hədəsidir. Ermənistanın Müstəqillik Bəyannaməsində yer alan bu qanunsuz iddiaların aradan qaldırılması üçün isə rəsmi İrəvanın iddia etdiyi kimi, mövcud konstitusiyaya əlavə və dəyişiklik edilməsi, yaxud yeni konstitusiyanın qəbulu məqsədilə referendum keçirməsinə ehtiyac yoxdur. Özünü həm də Ermənistan SSR-nin hüquqi varisi elan edən Ermənistan Respublikasının parlamenti bəyannamədən ərazi iddiaları ilə bağlı məqamları, onların Ermənistan Respublikasının beynəlxalq öhdəliklərinə zidd olduğunu əsas gətirərək çıxarmaqla bu problemi ən asan formada aradan qaldıra bilər.

Sülh müqaviləsinə maneə yaradan ikinci daxili amil Ermənistandakı müharibə cinayətkarları və separatçılardan ibarət qrupların siyasi hakimiyyətin dəyişdirilməsi istiqamətində atacaqları addımlardır. Mövcud şəraitdə onların ciddi təsir imkanlarına malik olmasalar da xarici dairələr tərəfindən dəstəklənirlər. Xarici faktorlar isə həm regionda ənənəvi təsir imkanlarını qoruyub saxlamağa və bu məqsəd üçün Ermənistanın daxilindəki revanşist qüvvələrdən yararlanmağa çalışan tərəflə, həm də bölgəyə Ermənistan vasutəsi ilə təsir etməyə cəhd göstərən qütblə bağlıdır. Bu prosesdə isə hələlik müəyyən bir balansın olduğu nəzərə çarpır. Bütövlükdə, proses indiki dinamika ilə inkişaf edərsə, noyabra qədər yekun nəticənin əldə edilməsi ehtimalı böyükdür.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün münbit siyasi şərait var. İki ölkə arasında vasitəçilərsiz danışıqlar gedir. Bu, Azərbaycanın təklifidir. Dörd kənd danışıqlarla verildi. Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı  danışıqlara da hazırdır. Bu mənada Ermənistanın bəhanəsi qalmayıb. Azərbaycan və Ermənistan xarici işlər nazirləri Almatıda görüşəcək. Azərbaycan növbəti dəfə sülh təkliflərini verib. Tərəflər ikitərəfli sülh təkliflərini verməklə qarşılıqlı etimada yol açır. Prezident İlham Əliyev prosesi uğurla davam etdirir. İnam var ki, Qazaxıstandakı danışıqlarda baza sənədinin imzalanması müzakirə edilə bilər. COP29-a kimi bu çərçivə sazişi imzalana bilər.  Artıq 35 sərhəd dirəyinin yeri razılaşdırılıb.  Qərb də buna dəstək verib. Sadəcə, Ermənistan tərəfi sülh müqaviləsində qarant ölkə olmasını istəyir. Azərbaycan buna ehtiyac olmadığını vurğulayıb. ABŞ burada maraqlıdır. Amma buna getmək Azərbaycana sərf etmir. Çünki sənəd iki ölkə arasında bağlanır, üçüncü artıqdır.

Vaxtı uzatmaq Ermənistanın əleyhinə işləyir. Ortada ciddi problem yoxdur baza sənədinin imzalanması üçün. Ermənistan qarşıdakı aylarda referenduma gedib, yeni konstitusiya qəbul edərək Qarabağ və digər ərazi iddialarından geri çəkiləndən sonra sülh müqaviləsi bağlana bilər. Əvvəlcə konustitusiya dəyişməli və Zəngəzur yolu açılmalıdır. Həmçinin anklav kəndlərlə bağlı real mövqe ortaya qoymalıdır.  Prezident İlham Əliyev Ermənistana mesaj verdi ki, sözdən əmələ keçmək lazımdır. Ermənistan hakimiyyəti bundan nəticə çıxarmalıdır.

Ancaq son günlərdə Hayastandakı qarışıqlıqlar sülhə gedən yollarda əngəllər yaradılması məsələni məchul zamana çəkir. Paşinyan hakimiyyəti ilk növbədə ölkəni başına götürmüş iğtişaşları yatırmalıdır. Birləşmiş daşnaklar, revanşistlər və kilsə Nikol Paşinyan devirmək məqsədi ilə bəlkə də sonuncu addımlarını atmaq niyyətindədirlər. Ölkədə sülh və iğtişaşların qarşıdurması gedir. Hansı qaib gələcək? Görəcəyik.

Vəli İlyasov, "İki sahil"

Seçilən
149
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
905
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
594
Bu yol qovşağında təmir işləri aparılacaq
390
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
369
Sabah 5 kəndin qazı kəsiləcək
352
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
224
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
219
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
217
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
207
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
171
Çingiz Mustafayevin toyudur - FOTOLAR
143
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
137
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
123
Bakıda 9 otaqlı evdə yanğın baş verib
122
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
98
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
93
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
71
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
67
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
53
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
44