AZ

Marutyan: “Paşinyan müharibə aparmaq iqtidarında deyil”

“Tavuşdan sonra Azərbaycan yeni tələblər irəli sürəcək. Ona görə də məsələ qlobal miqyasda həll olunmalıdır. Bu hakimiyyətin daha Ermənistan üçün vacib məsələlərlə məşğul olmağa legitimliyi yoxdur”.

KONKRET.az xəbər verir ki, bunu İrəvanın keçmiş meri Hayk Marutyan “Yeni güc” partiyasının təsis qurultayındakı çıxışında qeyd edib.

“Ən mühüm məsələ odur ki, düşmənlərimiz yeni tələblər irəli sürür. Bizim isə dövlət olaraq bu tələbləri yerinə yetirmək hüququmuz yoxdur. Biz öz maraqlarımızı qorumalıyıq. Azərbaycanın təcavüzü daha böyük miqyaslara çatarsa,​ başa düşməliyik ki, bu hökumət altında biz müharibəyə gedə bilmərik. Bu hakimiyyət artıq göstərdi ki, müharibə aparmaq iqtidarında deyil”, – deyə o, dediklərinə aydınlıq gətirib.

“Təklif vermək üçün danışıqlar prosesinin təfərrüatlarını bilmək lazımdır. Təbii ki, biz bunun birtərəfli güzəşt olduğunu görürük. Biz o yerə çatmışıq ki, hökumətimiz güzəştə getmək məcburiyyətini artıq gizlətmir. Bu isə artıq yeni mərhələdir, yeni səviyyədir. Biz hökumətə deyirik, bizə məlumat verin, ona əsaslanaraq həll yollarını təklif edəcəyik”, – deyə Hayk Marutyan məsələnin qlobal həllinin hakimiyyət dəyişikliyi olduğuna diqqət çəkib.

Natiq Səlim,

KONKRET.az

Seçilən
128
Mənbələr
Şərh ()
Bağla