AZ

Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..

Etirazçılar barrikadalardan istifadə edərək parlamentin darvazalarına yaxınlaşaraq içəri girməyə çalışırlar.
 
"Gürcüstanda əsl Maydan var: su şırnaqlarından, gözyaşardıcı qazdan istifadə olunur, deputatlar bir-biri ilə döyüşür..."
 
Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamentinin ikinci oxunuşda qəbul etdiyi “xarici agentlər” haqqında qanuna etiraz aksiyası davam edir.
 
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, "Novosti Qruziyi" agentliyinin yaydığı məlumata görə, hakimiyyət parlamentdə təhlükənin “qırmızı səviyyəsi” elan edib və evakuasiyaya başlayıb.
 
Etirazçılar barrikadalardan istifadə edərək parlamentin qapılarına yaxınlaşaraq içəri girməyə çalışır, polis isə insanları su şırnaqları və gözyaşardıcı qazla saxlayır.

"Parlamenti sədrinin “Gürcüstan Parlamentinin Sarayında Təhlükəsizlik Qaydalarının təsdiq edilməsi haqqında” sərəncamına uyğun olaraq, mayın 1-də saat 23:00-dan Gürcüstan Parlamentinin Sarayında qırmızı təhlükəsizlik səviyyəsi qüvvəyə minib.

Parlament Sarayında insanların həyatı və sağlamlığı üçün təhlükə yaradan hücumla əlaqədar olaraq qırmızı təhlükəsizlik səviyyəsi elan edilib. Qırmızı səviyyə zamanı təhlükənin spesifikliyinə və ondan yayınma zərurətinə uyğun olaraq Parlament Aparatının rəhbəri tərəfindən müəyyən edilən şəxslər istisna olmaqla, bütün şəxslərdən Parlament Sarayını tərk etmək tələb olunur.

Tədbirin keçirilməsində məqsəd Gürcüstan parlamentinin sarayında qalan insanların həyat və sağlamlığını qorumaqdır”, - məlumatda belə deyilir. 

Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze etirazçıları mənşəyi məlum olmayan gözyaşardıcı və boğucu qazdan istifadə etməkdə ittiham edib. O, belə maddələrin heç bir mağazadan satılmadığını iddia edir.
 
"Biz mütləq bununla maraqlanacağıq və bunun aksiyada necə peyda olduğunu  öyrənəcəyik" ,- deyə nazir müavini bildirib.
 
Hadisə şahidləri polisin də etirazçılara qarşı güllələrdən istifadə etdiyini iddia etsə də, Daxili İşlər Nazirliyi hər şeyi təkzib edir.
 
Xatırladılır ki, bundan əvvəl Avropa Parlamentinin Gürcüstanı AB üzvlüyünə namizəd statusundan məhrum etməyə çağırdığı barədə məlumat yayılmışdı.
 
Onu da xatırladaq ki, dünən - mayın 1-i axşam saatlarında Gürcüstan parlamenti tərəfindən "Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edilib. Onun lehinə 83 deputat, əleyhinə 23 deputat səs verib. İki həftə ərzində qanun layihəsi yekun oxunuşda qəbul ediləcək və dörd həftə ərzində prezidentin vetosu ləğv ediləcək.

S.Laçın

Seçilən
116
1
Mənbələr
Şərh ()
Bağla