AZ

“Qarabağ” və daha 55 komanda

Avropanın milli çempionatlarında 2023-24 mövsümünün son ayına girmişik.

Futbolinfo.az xəbər verir ki, bu ana qədər avrokuboklara vəsiqə qazanan bəzi klublar bəllidir.

Yüksək reytinqli ölkələrin klubları mübarizəyə əsasən qrup mərhələsindən başlayacaqlar. Lakin digərləri ora düşmək uğrunda yarışacaqlar. Avropa arenasının təsnifat mərhələlərinə qatılacağı dəqiqləşən 56 komanda arasında Azərbaycan Premyer Liqasında çempionluğunu rəsmiləşdirən “Qarabağ” da var.

Ümumilikdə indiyə qədər Çempionlar Liqasına 21, Avropa Liqasına 2, Konfrans Liqasına isə 33 kollektiv vəsiqə əldə edib. Təbii ki, söhbət təsnifat mərhələlərindən gedir.

Avrokuboklarda I raundun püşkü iyunun 18-də atılacaq.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər: “Ferensvaroş” (Macarıstan), “Qarabağ” (Azərbaycan), “Slovan” (Slovakiya), HİK (Finlandiya), “Flora” (Estoniya), FCSB (Rumıniya), “Klaksvik” (Farer adaları), “Şemrok Rovers” (İrlandiya), TNS (Uels)

Səpələnməmişlər: “Dinamo” (Minsk, Belarus), “Panevejis” (Litva), “Ordabasi” (Qazaxıstan), “Vikinqur” (İslandiya), “Virtus” (San Marino)

Qeyri-müəyyənlər: RFŞ (Latviya), “Dinamo” (Batumi, Gürcüstan), “Selye” (Sloveniya), “Hamrun” (Malta), “Larne” (Şimali İrlandiya)

II təsnifat mərhələsi

Səpələnmiş: “Bodo Qlimt” (Norveç)

Qeyri-müəyyən: “Malmö” (İsveç)

UEFA Avropa Liqası

I təsnifat mərhələsi

Qeyri-müəyyən: “Tobol” (Qazaxıstan)

II təsnifat mərhələsi

Qeyri-müəyyən: “Molde” (Norveç)

UEFA Konfrans Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər: “Jalgiris” (Litva), “Kuopio” (Finlandiya), “Breydablik” (İslandiya), “Dinamo” (Tbilisi, Gürcüstan), “B-36 Torshavn” (Farer adaları), “Levadiya” (Estoniya)

Səpələnməmişlər: “Maqpiyes” (Cəbəllütarıq), “Şaulyay” (Litva), “Slima” (Malta), “Kalev” (Estoniya)

Qeyri-müəyyənlər: “Valmiera” (Latviya), “Konnah” (Uels), “Saburtalo” (Gürcüstan), “Derri Siti” (İrlandiya), “Bala Taun” (Uels), “Floriana” (Malta), “Valyur” (İslandiya), “Torpedo” (Kutaisi, Gürcüstan), “Styarnan” (İslandiya), “Vikinqur” (Farer adaları), “Aktobe” (Qazaxıstan), “Vaasa” (Finlandiya), “Şelburn” (İrlandiya), “Auda” (Latviya)

II təsnifat mərhələsi

Qeyri-müəyyənlər: “Brann” (Norveç), “Tromse” (Norveç), “Hekken” (İsveç), “Astana” (Qazaxıstan), “Riqa” (Latviya), “Sent Patriks” (İrlandiya), “İlves” (Finlandiya), “Transinvest” (Litva), “HB Torshavn” (Farer adaları)

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla