AZ

Sağlam və uzun ömür yaşamaq üçün nə etmək lazımdır? - VACİB MƏQAMLAR

Hər kəs sağlam və uzun ömür yaşamaq istəyir. Amma unutmayaq ki, balanslaşdırılmış pəhriz, pis vərdişlərin olmaması, fiziki fəaliyyət və sağlam həyat tərzinin digər komponentləri uzun ömürlülüyün və sağlam həyatın rəhnidir.  Unutmaq lazım deyil ki,  qeyri-sağlam həyat tərzi genetikadan asılı olmayaraq uzunömürlülüyə mənfi təsir göstərir.

Gözlənilən ömür uzunluğu həm genlərdən, həm də insanın apardığı həyat tərzindən təsirlənir. Bu mövzuda adətən diqqət yetirilən amillər arasında tütün və alkoqol istehlakı, pəhriz, yuxu keyfiyyəti, həmçinin fiziki fəaliyyətin olması və intensivliyi var. Bu yaxınlarda aparılan araşdırmaya görə, insanın erkən ölümə genetik meylinin olub-olmamasından asılı olmayaraq, bu cəhətlərə diqqət yetirmək ömrü uzada, diqqətsizlik isə onu qısalda bilər.

Beynəlxalq alimlər qrupu 2006-2010-cu illərdə Böyük Britaniya Biobankına daxil edilmiş və 2021-ci ilə qədər izlənilən 18 yaşdan yuxarı 353 min 742 nəfəri araşdırmaya cəlb edib.

Əvvəlki tədqiqatların məlumatlarına əsaslanaraq, məqalə müəllifləri poligenik riski (PRS) - daha uzun və ya daha qısa yaşamaq üçün ortaq genetik meyli - və sağlam həyat tərzi seçimlərinin çəki ölçüsünü qiymətləndirdi. LifeGen kohort tədqiqatının meyarlarına görə, yeni işdə iştirak edənlərin 20%-i uzun və qısa ömür, 60%-i isə orta yaşamağa meylli olub. Amerika NHANES tədqiqatından alınan sistemə görə, seçmənin 23%-i həyat tərzini əlverişli, 56%-i orta, 22%-i isə əlverişsiz kimi qiymətləndirib.

Tədqiqat iştirakçılarının izləndiyi təxminən 13 il ərzində nümunənin 24,239-u öldü. Qısa yaşamağa meylli olanların, həyat tərzindən asılı olmayaraq, genetikası onları uzunömürlü olmağa meyilli edənlərə nisbətən erkən ölmə ehtimalı 21% daha çox idi. “Əlverişsiz” həyat tərzi keçirən tədqiqat iştirakçılarının, genetik meylindən asılı olmayaraq, “əlverişli” həyat tərzi keçirənlərə nisbətən vaxtından əvvəl ölüm riski 78% yüksək olub.

Eyni zamanda, "əlverişsiz" həyat tərzi ilə birlikdə erkən ölümün genetik riski uzunömürlülük meylinin və "əlverişli" həyat tərzinin birləşməsindən iki dəfə yüksək ölüm ehtimalı demək idi. Sağlam həyat tərzini şərtləndirən əsas amillər siqaretdən imtina, müntəzəm fiziki fəaliyyət, gecə 7-9 saat yatmaq və balanslaşdırılmış qidalanma idi.

Müşahidə məlumatlarını müqayisə və təhlil edərək, tədqiqatçılar qısaldılmış ömrün və ya vaxtından əvvəl ölümün genetik riskinin təxminən 62% sağlam həyat tərzi ilə kompensasiya edilə biləcəyini güman etdilər. Məqalə müəlliflərinin fikrincə, ömrünün qısalmasına yüksək meylli insanlar sağlam həyat tərzi keçirsələr, qırx yaşında onu demək olar ki, 5,5 il artıra bilərlər. Nəzərə alsaq ki, həyat tərzi vərdişləri orta yaşa qədər formalaşmağa meyllidir, o zamana qədər onları tədricən qurmaq vacibdir.

İlhamə Qiyas, News365.az  


Seçilən
72
38
Mənbələr
Şərh ()
Bağla