AZ

Ronaldo dubl etdi, "Əl Nəsr" finala yüksəldi

Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun formasını geyindiyi "Əl Nəsr" Səudiyyə Ərəbistanı Kral Kubokunda finala yüksəlib.

Futbolpress.az xəbər verir ki, Riyad təmsilçisi yarımfinalda "Əl Halic"i mübarizədən kənarlaşdırıb - 3:1.

"Əl Nəsr"in heyətində Ronaldo iki, Sadio Mane isə bir qol vurub. Rəqibdə isə Əl Torays fərqlənib.

"Əl Nəsr" finalda "Əl Hilal"la qarşılaşacaq.
Seçilən
72
Mənbələr
Şərh ()
Bağla