AZ

Kosmetikkremlər intihara aparır?

Qatardayam. Yanımda əyləşən qızlardan biri o birinə deyir ki, həkim mənə çivzələrə görə filan kremi yazmışdı, amma həm də dedi ki, çalış çox vurma, inti*hara meyillilik yaradır.

İnt*har sözünü eşidəndə fikrim onlarda qaldı.

Təsəvvür edin ki, xırda və əhəmiyyətsiz hesab etdiyimiz nələrsə həyatımıza son qoya bilər. Maraqlı gəldi. Adi bir üz kremi niyə insanı depresiyaya salsın ki?

Mən hər deyilən şeyi analiz etməyi xoşlayıram. Niyə, nə üçün, hansı səbəblər və s.

Araşdırmaq tam haqqımızdır ki, gələcəkdə o problemlərlə qarşılaşmayaq.

Heç vaxt int*har mövzusundan yazmamışam. Amma dünyada hər gün minlərlə insan müxtəlif səbəblərdən həyata üsyan edir. Niyə dözümsüzlük göstərilir? Sosial -iqtisadi problemlər, ailə münaqişələri, psixotrop maddələ, müxtəlif zərərli qidalar və s. buna səbəb ola bilər. Bəs bu gərginliyə nə səbəbdən dözümsüzlük nümayiş olunur?

Özlüyümdə düşünürəm ki, buna hormonal diisbalans səbəb olur. Müxtəlif ətirlər, kremlər, kosmetik vasitələr narkotikdən betərdir. Bədənin də hörmonlar sistemi qarışdısa, şəxsiyyətə də, xarakterə də təsir edir.

Bunlar mənim fikirlərimdir.

Dostluğumda həkimlər var. Onlar bilər. Həqiqətən də elə tibbi-kosmetik kremlər, həblər var ki, insanların şəxsiyyətinə, psixikasına təsir edir? Yoxsa uydurmadır?

Fəridə Aslanova Rüstəmova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
83
Mənbələr
Şərh ()
Bağla