AZ

Jerar Depardye cinsi qısnama ittihamı ilə mühakimə olunacaq

Aprelin 29-da cinsi qısnama və təcavüz ittihamı ilə polis tərəfindən saxlanılan 75 yaşlı fransız aktyor Jerar Depardye məhkəmə qarşısına çıxacaq. Bu məlumatı Fransa prokurorluğu verib.

 

Sfera.az bildirir ki, 2024-cü ilin oktyabrında Jerar Depardyeyə qarşı cinsi qısnama və təcavüz ittihamı ilə cinayət işinə baxılacaq. Söhbət 2021-ci ildə çəkiliş meydançasında baş verən hadisədən gedir.

 

Qeyd edək ki, 2024-cü il aprelin 29-da polis aktyoru saxlayıb və dindirib. Depardyenin vəkili Kristian Sen-Pale müvəkkilinin dindirilməsi ilə bağlı şərh verməkdən imtina etsə də, aktyorun hələlik həbsdən azad edildiyini qeyd edib.

 

“Green Card” və “Sonuncu Metro” kimi filmlərdə rol alan Depardye ona qarşı irəli sürülən bütün ittihamları qətiyyətlə rədd edir. Keçən ilin oktyabrında Depardye açıq məktubunda:

 

 “Mən heç vaxt və əsla bir qadına qarşı zorakılıq etməmişəm”- yazıb. 

 

Daha əvvəl xəbər verildiyi kimi, aktyorun “Les Volets Verts” ("Yaşıl Panjurlar") və “Le Magician et les Siamois” ("Sehrbaz və Siam") filmlərinin çəkiliş meydançasında da qadınlara qarşı cisni qısnamada adı hallanır.

 

Xatırladaq ki, daha əvvəl Jerar Depardyeni təcavüzdə ittiham edən aktrisa özünü çaya atmışdı. Onun intihar etdiyi bildirilsə də, araşdırmalar davam edir.

 

Aynil

Sfera.az

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla