AZ

Zürafə pilləkənlərdən itələdi: Zoopark işçisi reanimasiyaya düşdü 

27 yaşlı zoopark işçisi zürafənin pilləkənlərdən aşağı itələməsi nəticəsində beyin zədəsi ilə reanimasiyaya yerləşdirilib. Hadisə Miçiqan ştatındakı “Deer Tracks Junction Adventure” Parkında baş verib.


Sfera.az bildirir ki, 27 yaşlı Tayler Pauell zürafələrlə hasarlanmış ərazidə işləyərkən altı metrlik nərdivanda dayanıb. Heyvan nərdivana toxunaraq, onun yıxılmasına səbəb olub.

 

Zərərçəkənin ağır xəsarətlərlə, kəllə-beyin travması ilə xəstəxanaya çatdırılmasına baxmayaraq, zoopark nümayəndələri işçinin iş zamanı zürafənin yanında olduğunu inkar ediblər.


Zooparkın sahibi Taylerin atası Kelli Paueldir. O, jurnalistlərə açıqlamasında bildirib ki, heyvanların yaşadığı ərazi abadlaşdırılır. Hər şey çox ani baş verib. O, hadisə zamanı ərazidə heç bir heyvanın olmadığını, oğlunun zürafəyə görə yıxılmadığını da əlavə edib.

 

Zoopark nümayəndələri öz Facebook səhifəsində də müraciət dərc ediblər.

 

"Cəmiyyətimizdən dualar istəyirik. Oğul, ata, həyat yoldaşı olan Tayler qəza nəticəsində xəsarət alıb. O, reanimasiya şöbəsində ağır vəziyyətdədir. Hamınızdan Tayler üçün sağalması və ayağa qalxması üçün dua etməyinizi xahiş edirik”.


Zoopark nümayəndələri paylaşımda həmçinin Cortland Yanğınsöndürmə İdarəsinə, Rockford EMS işçilərinə, Kent County Şerif Ofisinə və “Corwell” Xəstəxanasının bütün heyətinə təşəkkür ediblər.

 

Aynil

Sfera.az

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla