AZ

Ölkə ərazisində nə qədər kiçik sahibkarlıq subyekti var? – Bakıda 7 minə yaxındır

Cari ilin aprelin 1-i vəziyyətinə ölkə ərazisində fəaliyyət göstərən 9 min 718 ədəd kiçik sahibkarlıq subyekti var.

Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 399 ədəd və ya 16,8% çoxdur. Ötən ilin eyni dövründə ölkə ərazisində kiçik sahibkarlıq subyektlərinin sayı 8 min 319 olub.

Ölkə ərazisində fəaliyyət göstərən kiçik sahibkarlıq subyektlərinin 69,8 faizi və ya 6 782 ədədi Bakı şəhərində yerləşir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 147 ədəd, yaxud da 20,3% çoxdur. 

Qeyd edək ki, ötən ilin  aprelin 1-i vəziyyətinə ölkə ərazisində olan kiçik sahibkarlıq subyektlərinin sayı 5 min 635 ədəd olub.

Əvəz Həsənov 

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla