AZ

Müntəzəm sərnişin daşımaları tələblərinə dəyişiklik edilib

Nazirlər Kabineti 17 sentyabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na dəyişikliyi təsdiqləyib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, uzunluğu 150 km-dən çox olan beynəlxalq marşrutlarda oturacaq yerlərinin sayı 23-dən az olan avtobuslarla müntəzəm sərnişin daşımalarının yerinə yetirməsinə icazə veriləcək.

Seçilən
23
12
Mənbələr
Şərh ()
Bağla