AZ

İran ABŞ şirkətlərinə sanksiya tətbiq etdi


İran Qəzza zolağında İsrailin hərəkətlərini dəstəklədiyinə görə ABŞ vətəndaşlarına və bu ölkədə fəaliyyət göstərən bəzi hüquqi şəxslərə, o cümlədən “Lockheed Martin”, “Chevron” və “General Dynamics” kimi nüfuzlu şirkətlərə qarşı sanksiyalar tətbiq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.
“İran İslam Respublikasının Xarici İşlər Nazirliyi İsrail rejiminin Fələstin xalqına və xüsusən də Qəzza zolağının sakinlərinə qarşı terror aktlarını dəstəkləməsi və maliyyələşdirməsi, terrorizmi təbliği və dəstəkləməsi, həmçinin insan hüquqlarının kobud şəkildə pozulması ilə əlaqədar aşağıdakı şəxslərə və qurumlara qarşı sanksiyalar tətbiq edir”, - nazirliyin “Telegram” kanalında yaydığı bəyanatda deyilir.
Sanksiya siyahısına 5 şirkət və 7 fiziki şəxs daxil edilib.
Seçilən
30
1
Mənbələr
Şərh ()
Bağla