AZ

"KFC" və "Pizza Hut" restoranlarının satışları azalıb

İsrail-HƏMAS müharibəsi səbəbindən boykotların hədəfi olan "KFC" və "Pizza Hut"ın satışları birinci rübdə azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "KFC", "Pizza Hut" və "Taco Bell" restoranlarının sahibi olan ABŞ-nin restoran idarəetmə şirkəti "Yum! Brands" bu ilin birinci rübü üçün balans hesabatını açıqlayıb.

Məlumata görə, "KFC" və "Pizza Hut" restoranlarının satışları azalıb. Şirkət daxilindəki restoran şəbəkələrindən biri olan "KFC"nin satışları birinci rübdə 2%, "Pizza Hut"ın isə 7% azalıb. Eyni zamanda, “KFC”in satışı bu dövrdə Yaxın Şərq, Türkiyə və Şimali Afrikada 5% azalıb. "Pizza Hut"ın isə Yaxın Şərq və Afrikada satışları 8% azalıb.

Şirkətin verdiyi açıqlamaya görə, "Yum! Brands"in gəlirləri birinci rübdə 3% azalaraq 1,6 milyard dollar təşkil edib. Şirkət 2023-cü ilin birinci rübündə 1,65 milyard dollar gəlir əldə edib. "Yum! Brands"in gəliri dövr ərzində bazar gözləntilərindən 1,7 milyard dollar aşağı olub.

Şirkətin xalis mənfəəti isə 5% artaraq 314 milyon dollar olub. "Yum! Brands" ötən ilin eyni dövründə 300 milyon dollar mənfəət əldə edib. Şirkətin ötən ilin birinci rübündə 1,05 dollar olan səhm üzrə mənfəəti bu ilin birinci rübündə 1,10 dollara çatıb.

 

Gözəl Həşimova

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla