AZ

Olençenko: “Makron Avropanın təhlükəsizliyini ABŞ-nin planlarına qurban verməyə çağırıb“

“Avropa ölümcül vəziyyətdədir və ölə bilər”. News365.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Sorbonnada çıxışı zamanı deyib. Fransa liderinin bu pessimist açıqlamasını şərh edən Avropa Araşdırmaları Mərkəzinin baş elmi işçisi Vladimir Olençenko deyib ki, NATO-nun artan maliyyə gərginliyi də qitəni sıxır.

“Birləşmiş Ştatlar Ukraynaya hərbi dəstək prosesində Avropa ölkələrinin daha aktiv iştirak etməsini gözləyir”, - Olençenko qeyd edib.

Onun fikrincə, Makron Avropa İttifaqı (Aİ) liderlərindən biri kimi Kiyevə verilən tranşları nəzərdən qaçıra bilməzdi. Politoloq vurğulayıb ki, Fransa rəhbəri mahiyyət etibarilə bunu deyib ki, "ABŞ-nin strategiyasını həyata keçirmək, Vaşinqtonun maraqları naminə öz təhlükəsizliyimizi qurban verməliyik".

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Seçilən
66
50
Mənbələr
Şərh ()
Bağla