AZ

Sadır Japarov: TDT-nin Şuşa sammitində Türk inteqrasiyasının gücləndirilməsi istiqamətində təşəbbüslər irəli sürüləcək

“Biz Azərbaycanla beynəlxalq təşkilatlar çərçivəsində aktiv şəkildə əməkdaşlıq edirik. Burada mən Türk Dövlətləri Təşkilatını xüsusilə qeyd etmək istəyirəm”.

Bunu APA-ya müsahibəsində Qırğız Respublikasının Prezidenti Sadır Japarov deyib.

“Türk həmrəyliyi çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlıyıq və buna hazırıq. Bu ilin iyulunda Azərbaycanın Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-formal sammiti keçiriləcək. Növbəti sammit isə payızda Qırğızıstanda təşkil olunacaq. Əminəm ki, bu tədbirlərin keçirilməsi nəticəsində həm Qırğızıstan, həm də digər iştirakçı dövlətlər Türk inteqrasiyası, eləcə də ticari-iqtisadi və investisiya sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətlərində öz təşəbbüslərini irəli sürmək imkanı əldə edəcəklər”, - Qırğız lideri vurğulayıb.

Qırğız Respublikası ilə Azərbaycan arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə çatıb - Sadır Japarovun APA-ya MÜSAHİBƏSİ

Seçilən
25
1
Mənbələr
Şərh ()
Bağla