AZ

Sosial mediada bir çox jurnalistlər birləşə bilib - Brayn Mayer

Bakı. Trend:

Bir çox hallarda münaqişələrdə sosial medianın rolu görünür.

Trend xəbər verir ki, bu barədə Argentina müdafiə nazirininmüşaviri Brayn Mayer VI Mədəniyyətlərarası Dialoq Forumuçərçivəsində keçirilən “Sosial media: mədəniyyətlər və insanlararasında körpü və ya sədd?” adlı panel sessiyasında çıxışı zamanıdeyib.

“Sosial mediada bir çox jurnalistlər birləşə bilib. Peşəkarşəkildə və yaxşı niyyətlə istifadə edildikdə, sosial media bizəyardım edə bilər. Həmçinin, bir çox mühüm məlumatlara çıxış üçünsosial mediadan istifadə edə bilərik.

Biz unutmamalıyıq ki, sosial medianın neqativ yönləri mövcuddur.Lakin bunu çox önə çıxararaq, müsbət tərəflərini gözardı edəbilmərik”, - deyə o bildirib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası DialoqForumu keçirilir.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq vəQarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlifölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərləyanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində onpanel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdətutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləntədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş MillətlərTəşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO vəBMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı iləkeçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla