AZ

“Frank Şvabelin Azərbaycana qarşı olan nifrəti bitmir“- Əhməd Şahidov

"Frank Şvabelin Azərbaycana qarşı olan nifrəti bitmir"

Hüquq müdafiəçisi Əhməd Şahidov bunu News365.az-a açıqlamasında deyib. 

"Bu ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyasının Qış sesiyası zamanı, sesiyanın ilk günündə Almaniyanın nümayəndəsi Frank Şvabel belə bir təşəbbüslə çıxış etdi ki, guya Azərbaycan öz üzərinə götürdüyü öhtəlikləri yerinə yetirmir, bir sıra məsələləri sadaladı və səsverməyi təklif etdi ki, Azərbaycan nümayəndə heyəti 12 aylıq müddətinə AŞPA-nın iclaslarında, səsvermədə iştirak etmək və digər iştirak hüququndan məhrum edilsin. Təəssüflər olsun ki, AŞPA-nın daxilində Fransanın və Almaniyanın ən çox nümayəndə heyəti ilə təmsil olunan ölkələrdir. Bi təşəbbüsü dəstəkləndi, və Azərbaycan nümayəndə heyəti iştirakdan məhrum edildi. Bundan sonra Azərbaycan tərəfinində cavabları oldu. Bir müddət susqunluq olsa da hətta AŞPA ilə Azərbaycan arasında münasibətlərin bərpa olunacağına dair məlumatları olsa da Almaniyalı deputatın Azərbaycana qarşı bu qərəzli dayanmır. Sosial demokratların nümayəndəsi olan Frank Şvabel ötən gün sosial şəbəkədə sanki Azərbaycana olan nifrətini püskürdü. Frank Şvabelin çıxışında sanki Azərbaycanla AŞPA arasında bu öhdəliklər məsələsi deyil, şəxsi nifrəti var idi"- deyə bildirib.

Vəfa Vəliyeva, News365.az 


Seçilən
24
Mənbələr
Şərh ()
Bağla