AZ

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası və dinlərarası dialoq üçün əsas qlobal platformalardan birinə çevrilib - Spiker

Bakı. Trend:

Müxtəlif mədəniyyətlər, dinlər və baxışlar arasında körpülərqurmaq üçün yalnız dialoq vasitəsilə gərginliyi və qarşıdurmanıazaltmaq, ayırıcı xətləri aradan qaldırmaq və irəliləmək yolundadürüst fikir mübadiləsinə başlamaq mümkündür.

Trend-in məlumatına görə, bunu Milli Məclisin sədri SahibəQafarova Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası DialoqForumu çərçivəsində “Mədəni irsin qorunmasında qanunvericiliyinrolu və qabaqcıl təcrübələr” mövzusunda panel müzakirələri zamanıdeyib.

S.Qafarova diqqətə çatdırıb ki, Prezident İlham Əliyevintəşəbbüsü ilə yarandığı gündən Birləşmiş Millətlər Təşkilatıtərəfindən dəstəklənən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumumədəniyyətlərarası və dinlərarası dialoq üçün əsas qlobalplatformalardan birinə çevrilib.

"Təsadüfi deyil ki, Azərbaycan bu təşəbbüsün həyatakeçirilməsində böyük uğur qazanıb. Şərqlə Qərbin kəsişməsindəyerləşən Azərbaycan ləyaqət, sülh və dostluq şəraitində birlikdəyaşayan müxtəlif etnik və dini qrupların evidir. Bu güncəmiyyətimiz əsrlər boyu formalaşmış dəyərləri rəhbər tutur.Multikulturalizm xalqımızın və ölkəmizin həyat tərzidir. 6-cı Forumçərçivəsində keçirilən bugünkü konfrans parlamentlərinmədəniyyətlərarası dialoqa yanaşmasının əhəmiyyətini göstərir. Bizxalqımızın nümayəndələri və parlament üzvləri olaraq, mümkün olanən yaxşı həllərin tapılmasında iştirak etmək üçün əhəmiyyətliimkanlara sahibik. Və bu gün burada toplanaraq, mövcud müzakirələrətöhfə verməyə çalışırıq”, - deyə o əlavə edib.

Spiker qeyd edib ki, bugünkü konfransın mövzusumədəniyyətlərarası dialoqun təşviqi üçün xüsusi əhəmiyyət kəsbedir.

“Çünki mədəni irs insanların kimliyini, tarixini, ənənələrini vədəyərlərini təmsil edir. Bu irsin qorunması və gələcək nəsillərəötürülməsi düzgün institusional və qanunvericilik yanaşmasını vəbütün maraqlı tərəflərin bu prosesə fəal cəlb edilməsini tələbedir. Bu mənada, parlamentlərimiz təkcə milli deyil, beynəlxalqsəviyyədə də mühüm rol oynayır. O, qarşılıqlı dialoq və səylərinbirləşdirilməsinin, ən yaxşı təcrübələrin mübadiləsinin ümumihədəflərə çatmağa və işimizi daha da zənginləşdirməyə köməkedəcək”, - deyə spiker vurğulayıb.

Milli Məclisin sədri çıxışında həmçinin bildirib ki, yalnızbaşqasının mədəni irsinə hörmət etməklə öz dəyərlərimizi təbliğ edəvə dünyanı inkişaf etdirmək üçün konstruktiv mədəniyyətlərarasıdialoqda iştirak edə bilərik. Spiker təəssüflə bildirib ki, mədəniirsin qorunması həll edilməli olan problemlərdən biri olaraq qalır.Bu baxımdan münaqişələr və müharibələr hələ də əsas təhlükədir.

Onun fikrincə, bu sahəni tənzimləyən beynəlxalq konvensiyalarahələ də lazımi qaydada əməl olunmur. Spiker diqqətə çatdırıb ki, 30il ərzində Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindənişğalı işğal olunmuş ərazilərdə ölkəmizin mədəni irsi üçünfəlakətli nəticələrə səbəb olub. Mədəni irsimizin yüzlərlə obyektiqəsdən məhv edilib, talan olunub, qanunsuz yollarla mənimsənilib vədaşınıb. Bu hərəkətlər Ermənistan tərəfindən işğal olunmuşərazilərin mədəni irsinə hörmət edilməsi və qorunması üzrəbeynəlxalq hüququn öhdəliklərinin ciddi şəkildə pozulmasıdır.

Sahibə Qafarova tədbir iştirakçılarının diqqətinə çatdırıb ki,bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpaişləri aparılır. Bu işlərin əsas prioritetlərindən biri də həminərazilərdə mədəni irsin bərpası və qorunmasıdır. Spiker qeyd edibki, Azərbaycanın mədəni irsi burada əsrlər boyu yaşamış bütün etnikvə dini qrupların irsini təmsil edir. Ölkəmizdə müxtəlif dini vəmədəni abidələr, məscidlər, kilsələr və sinaqoqlar yan-yanadırlar.Bu cür mədəni müxtəliflik cəmiyyətimizin güclü tərəfidir və budəyərlərə hörmət dövlət siyasətinin əsas istiqamətlərindən biridir.Bütün tarixi və dini abidələrin dövlətin himayəsində olduğunubildirən Milli Məclisin sədri qeyd edib ki, onların yüzlərlənümunəsi dövlət maliyyəsi ilə bərpa edilib və qorunub saxlanılıb.Mədəni irsin qorunması sahəsində mövcud olan qanunvericilik bazasıhaqqında da danışan Milli Məclisin sədri bildirib ki, buistiqamətdə qanunvericilik işi ölkəmizdə sözügedən məsələyəhərtərəfli yanaşmanın vacib bir tərəfidir.

Parlamentimizin qəbul etdiyi çoxsaylı qanunlar, o cümlədən"Mədəniyyət haqqında" Qanun, "Tarix və mədəniyyət abidələrininmühafizəsi haqqında" Qanun, digər qanun və dəyişikliklər bu məsələilə bağlı effektiv hüquqi bazanın yaradılması üçün çox vacibolmuşdur. Spiker qeyd edib ki, parlamentimiz mədəni irsinqorunmasının müxtəlif aspektləri üzrə mütəmadi olaraq ictimaidinləmələr keçirir.

Bu cür dinləmələr bizə bütün maraqlı tərəflərlə məsləhətləşməyəvə gələcək qanunvericilik proseslərində onların fikirlərini nəzərəalmağa imkan verir. Bundan əlavə, parlamentimizin ixtisaslaşmışkomitəsinin - Mədəniyyət komitəsinin Mədəniyyət Nazirliyi ilə fəaləməkdaşlığı bu sahədə qanunların hazırlanması, qəbul edilməsi vəicrası prosesində parlamentin və hökumətin səmərəli əməkdaşlığındanxəbər verir.

Spiker Sahibə Qafarova onu da deyib ki, Azərbaycanın mədəniirsin qorunması sahəsində fəaliyyəti təkcə milli səviyyə iləməhdudlaşmır.Müxtəlif ölkələrdə bəşəriyyətin ortaq sərvəti sayılanmədəni irsin bərpası və qorunması üçün ardıcıl addımlar atılır.Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanınrəhbərliyi ilə Heydər Əliyev Fondunun bu işə verdiyi böyük töhfələrbəşəriyyətin mədəni irsinin qorunmasına və mədəniyyətlərarasıdialoqun təşviqi işinə əvəzsiz dəstəkdir. Milli Məclisin sədriçıxışının sonunda bugünkü tədbirin əhəmiyyətini bir dahavurğulayaraq, müzakirələrin mühüm nəticələr verəcəyinə və birgəsəylərə əhəmiyyətli töhfə olacağına əminliyini ifadə edib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası DialoqForumu keçirilir.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq vəQarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlifölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərləyanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində onpanel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdətutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləntədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş MillətlərTəşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO vəBMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı iləkeçirilir.

Seçilən
19
1
Mənbələr
Şərh ()
Bağla