AZ

Füzulidə dağıdılmış tikililəri görmək insanı məyus edir - Beynəlxalq səyyah

Füzuli. Trend:

Yolun bir tərəfində köhnə və dağıdılmış, digər tərəfində isəmodern tikililər var. Bu, insanda fərqli təəssüratlar yaradır.

Bu sözləri Trend-ə açıqlamasında Norveçin beynəlxalqsəyahətçilərdən ibarət “Vagaclub”un üzvü Maykl Qusta söyləyib.

O bildirib ki, Füzulidə sürətli bərpa və yenidənqurma işlərininşahidi olub.

“İşlər tam sürətlə davam edir. Dağıdılmış tikililəri görmək isəinsanı məyus edir. Ümid edirəm ki, tezliklə bu ərazilər daha gözəlməkana çevriləcək".

Qeyd edək ki, Norveçin beynəlxalq səyahətçilərdən ibarət“Vagaclub”unun 30 nəfərlik geniş heyətinin bu gündən Qarabağ vəŞərqi Zəngəzura səfəri başlayıb. Qrupa “Vagaclub”un rəhbəri, 35yaşlı norveçli gənc dünya səyyahı Jorn Augestad başçılıq edir. Budəfə heyətdə gənclər üstünlük təşkil edir, onların, demək olar ki,hamısı 150-dən çox ölkədə səfərdə olub.

Heyət 3 gün ərzində avtomobil yolu iləFüzuli-Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xəttiüzrə hərəkət etməyi planlaşdırır.

Xatırladaq ki, dünyanın əsas beynəlxalq səyahətçilərşəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania, o cümlədən, buklubların müxtəlif üzvlərinin birləşdiyi Türkiyənin GəzginlərKlubunun, Britaniyanın “Piki Reels”, İsveçin “Club 100”heyətlərinin ötən 4 ildə 9 dəfə Qarabağ və Şərqi Zəngəzurasəfərləri gerçəkləşib. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə,4-ü isə 2023-cü ildə baş tutub. Norveçin dünya şöhrətli“Vagaclub”unun səfəri bu qəbildən olan sayca 10-cu səfərdir.

Ümumilikdə bu 10 səfərdə 46 ölkədən 360-dan çox beynəlxalqsəyahətçi azad edilmiş ərazilərdəki vəziyyətlə yerində tanış olmaqimkanı qazanıb. Onlar vasitəsilə dünyada milyonlarla insanQarabağdakı real vəziyyət barədə ətraflı məlumat alıb.

Seçilən
60
11
Mənbələr
Şərh ()
Bağla