AZ

Paşinyan Paşinyana qarşı: sözlər əməllərə uyğun gələcək?

Bakı.Trend:

33 il əvvəl sabiq Sovet İttifaqının dağılmasındansonra Müstəqil Dövlətlər Birliyinin (MDB) faktiki yaradılmasınınbəyan edildiyi Alma-Ata şəhəri bu yaxınlarda AzərbaycanlaErmənistan arasında sülh sazişinin imzalanması prosesinlə ciddiirəliləyişin qeydə alınacağı məkan ola bilər.

Bir şərtlə ki, Ermənistanda baş nazir Nikol Paşinyan onuhakimiyyətdən kənarlaşdırmaq istəyən "qarabağlılar" klanı iləErmənistan Apostol Kilsəsinin (EAK) yeni yaranmaqda olan birliyininöhdəsindən gələ bilsin.

Azərbaycan bölgədə dayanıqlı, stabil və daimi sülhə can atır.Ermənistanla aparılan danışıqlar da məhz ölkəmizin şərtləri vətəklifləri əsasındadır. Reallıq budur ki, hazırda sülh sazişininimzalanmasına yönəlmiş danışıqlarda kiçik də olsa, müsbət dinamikamüşahidə olunur.

Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədinindelimitasiya prosesi başlanıb, rəsmi İrəvan 32 ildən bəri erməniişğalında olan 4 kəndin azad olunaraq Azərbaycana təhvil verilməsiprosesinə start verilib.

Eyni zamanda, şərti dövlət sərhədinin demarkasiyası ilə bağlı daişlər görülür.

Bütün bu proseslər Bakı ilə irəvan arasında hər hansı vasitəçi,üçüncü tərəf (ölkə və ya təşkilat), moderator və ya aktor olmadanəldə edilmiş razılaşmalar əsasında aparılır.

Beləcə, sadə həqiqət aşkardır: Azərbaycanla Ermənistana sülhənail olmaq üçün vasitəçilər, xüsusilə də Cənubi Qafqazla bağlıbəlli merkantil maraqları olan "təşəbbüsçülər" gərək deyil. Çünkihəmin maraqların total əksəriyyəti bölgənin və bölgə ölkələrininmənafelərinə zidd olaraq Cənubii Qafqazın geosiyasi, iqtisadi,siyasi, humanitar və s. resurslarının istismarına yönəlib.

Həmin "vasitəçilər" Bakı və İrəvan arasında anlaşmanıngerçəkləşməsi üçün yardım təklif etmirlər, öz maraqlarını güdürlər.Daha dəqiq olsaq, "vasitəçilik" etmək istəyən ölkələr, təşkilatlarvə siyasətçilər Cənubi Qafqazda yeni münaqişə ocağını alovlandırmaqistəyirlər.

Bakı malik olduğu bütün imkanlar və vasitələrdən yararlanaraqsözügedən planların reallaşmasına imkan verməməyə çalışacaq.

Ermənistanın baş naziri Nikol Paşinyana gəldikdə isə, o, ölkəninmüxtəlif məkanlarında keçirilən, azsaylı dəstələrin qatıldığıetiraz aksiyalarına rəğmən, 4 kəndin təhvil verilməsi prosesinibaşa çatdırmaq, anlaşmalarla razılaşmalarda üzərinə götürdüyüöhdəlikləri qismən də olsa, həyata keçirməyə can atır.

Proses ABŞ, Avropa İttifaqı və Fransanın təqdim etməyə çalışdığıkimi, mürəkkəb və "ciddi müzakirə tələb edən məsələ" deyil.

1991-ci ilin Almatı bəyannaməsinə uyğun olaraq AzərbaycanlaErmənistan arasındakı şərti dövlət sərhədinin Qazax rayonuistiqamətindəki hissəsinin 10-12 kilometrlik bölümü delimitasiyaolunur.

Delimitasiya və demarkasiya prosesində bundan sonra da Alma-Atabəyannaməsinin prinsiplərinin məhvər əsaslar sayılacağı tam bəllideyil. Mümkündür ki, prosesin gələcək mərhələlərində yeniprinsiplərdən istifadə olunsun və sülh sazişinin imzalanmasıprosedurunda müəyyən dəyişikliklər reallaşsın.

Dünən Ermənistanın İctimai Televiziyasında Petros Kazaryanınproqramına qatılan və sualları cavablayan N.Paşinyan maraqlıaçıqlamalar verib.

N.Paşinyanın sözlərinə görə, delimitasiya prosesi belə davamedəcək:

1. Delimitasiya komissiyası hazırda delimitasiya prosesiningetdiyi ərazidə öz işini başa çatdırır.

2. İyulun 1-dək komissiyanın növbəti addımlar üçün işreqlamenti, o cümlədən cari prosesin təcrübəsidəqiqləşdiriləcək.

3. Komissiyaların əsasnaməsi iki ölkənin daxiliqanunvericiliyinə uyğun olaraq təsdiq ediləcək.

4. Bundan sonra sərhəd komissiyasının üzvləri bir araya gələrəkişi hansı sahələrdən davam etdirəcəklərini müəyyənləşdirəcək vəhərəkətləri razılaşdıracaqlar.

Dörd kəndə gəlincə, onlar titul ölkənin nəzarətindənkənardadırlar.

"Bu cəhət dünya miqyasında bizə qarşı istifadə olunur və titulluölkənin gücündən kənarda yerləşən yaşayış məntəqələri yaşayışməntəqəsi olmayan ərazilərdən təbiətinə görə xeyli fərqlənir", -N.Paşinyan deyib.

Onun fikrincə, "Azərbaycanla sərhəd delimitasiya olunmadığı üçünmüəyyən münaqişə riski var: "Bu riski minimuma endirmək üçünmünaqişə potensialının yüksək olduğu yerlərdən başlayırıq ki,vəziyyət nəzarətdə qalsın. Dörd kəndin delimitasiyası məsələsininhəll olunmaması Azərbaycana bu məsələnin həllindən daha çoxeskalasiya üçün səbəb və imkanlar verə bilər”.

Ermənistanın baş naziri daha sonra təbii ki, Rusiyadan vəMDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT)şikayətlənməyi də unutmayıb: "Gözümüzün qabağında təhlükəsizliyintəmin edilməsinə cavabdeh olan strukturlar və ölkələr özöhdəliklərini yerinə yetirə bilməyiblər. Buradan belə nəticə çıxırki, biz özümüzə güvənməli və təhlükəsizliyi təmin etmək üçüntədbirlər görməliyik".

Paşinyanı GPS avadanlıqları da razı salmır.

"Azərbaycana qaytarılan 4 kənd heç vaxt bizim olmayıb. Bukəndlər Sovet Azərbaycanının tərkibində idilər. Xəritədə sərhədpostunun harada yerləşdiyini təsəvvür edirik, lakin yerdəkikoordinatları təyin edən GPS cihazından istifadə edərək yerindəölçmə aparmağa gedəndə kənarlaşmalar yaranır", - Ermənistanın başnaziri deyib.

Almatı bəyannaməsinə gəldikdə, Nikol Paşinyan biri dahatəkrarlayıb ki, 2022-ci il oktyabrın 6-da biz Alma-Ata Bəyannaməsiəsasında Azərbaycanla Ermənistan ərazi bütövlüyünü və suverenliyiqarşılıqlı şəkildə bir daha tanıyıblar: "Biz razılaşdıq ki,Alma-Ata Bəyannaməsi delimitasiya prosesi üçün əsas olacaq. Buprosesə sadiqliyimizi praktikada nümayiş etdirmək indi son dərəcəvacibdir. Təbii ki, Azərbaycanın da bunu etməsi vacibdir".

Paşinyan hesab edir ki, qarşıdakı illərdə Ermənistan həllediciəhəmiyyət kəsb edəcək qərarlar qəbul etməli olacaq: "Bu müddətərzində dövlətçiliyimizi, suverenliyimizi və müstəqilliyimiziqoruyub saxlaya bilsək, o zaman növbəti onilliklərdə Ermənistanınmüstəqil dövlət kimi mövcudluğunu davam etdirə biləcəyik. Bu,gözünüzün qarşısında baş verir. Azərbaycanla sərhəd delimitasiyaolunmadığından müəyyən münaqişə riski var. Bu riski minimumaendirmək üçün münaqişə potensialının ən yüksək olduğu yerlərdənbaşlayırıq ki, vəziyyət nəzarətdə qalsın".

Nikol Paşinyan ümumiyyətlə, Azərbaycanla Ermənistan arasındakışərti dövlət sərhədinin delimitasiya prosesinə xüsusi önəm verib.O, Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycansərhədinin delimitasiyası prosesinin hansı əsaslarla aparıldığınıizah edib və müxalifətin Kadastr Komitəsinin müvafiq sənədlərininolmaması ilə bağlı bəyanatına cavab verib.

"Sənədlər Müdafiə Nazirliyinə verilib, bu da anlaşılmazlığasəbəb ola bilərdi. Bütün sənədlər hökumətin sərəncamındadır,müxtəlif idarələr onlarla müxtəlif rejimlərdə işləyir. Biz əsasdiqqəti ərazilərə yönəldirik, lakin delimitasiya prosesindəhökumətin vəzifəsi bütün sərhəd boyu təkrar istehsalın qanuniliyinitəmin etməkdir, biz delimitasiya prosesinin hansı prinsip əsasındaaparılacağını qəbul etməliyik”, - Paşinyan bildirib.

O, müxalifətin sərhədin delimitasiyasının “parça-parça deyil,hissə-hissə aparılır” ittihamına da münasibət bildirib.

“Biz Alma-Ata bəyannaməsinə əsaslanaraq, bu, uzun bir prosesdir,bundan sonra əldə etdiyimiz təcrübəni parlamentin təsdiqinəgöndərəcəyik hansısa format, sonra biz bütün prosesi bu mandatauyğun davam etdirəcəyik”, - Paşinyan bildirib.

O xatırladıb ki, Ermənistanla Gürcüstan arasında delimitasiyaprosesi 20 ilə yaxındır ki, davam edir.

“Ancaq Azərbaycanla bu, sürətləndirilməlidir”, - deyə Paşinyanbildirib.

… Göründüyü kimi, Nikol Paşinyan sülh prosesinə, sərhədindelimitasiya və demarkasiyası ilə bağlı ilkin anlaşmalara sadiqolduğunu göstərməyə çalışır.

Həmişə kimi, sözlər və bəyanatlardır.

Tələsməyək, gözləyək və Nikol Paşinyanın sözlərinin əməllərinənə nqədər uyğunr olduğunu görək.

Seçilən
17
38
Mənbələr
Şərh ()
Bağla