- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Bu gün Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində "Neftçi" və "Xırdalan" komandaları ikinci oyuna çıxacaqlar. SİA xəbər verir ki, 1/4 finalın ilk duelində "Xırdalan" rəqibini 80:75 hesabı ilə üstələyib.
"Ağ-qaralar" bu matçda da məğlub olarsa, mübarizəni dayandıracaq. Qələbə təqdirində isə üçüncü - sonuncu oyuna ehtiyac duyulacaq.
"Sərhədçi" İdman Mərkəzində keçiriləcək matç 19:30-da başlayacaq.
Qeyd edək ki, bu mərhələnin digər görüşündə ötən gün "Xəzri" klubu "Sərhədçi"yə qalib gəlib - 98:64.