AZ

Ermənistanı “qazlamaq” istəyən Fransa – Makronun Bakı MƏĞLUBİYYƏTİ

Bir çox güc mərkəzlərinin əldən düşməsinə şahid oluruq. Dünyada güc nizamı sürətlə yerini dəyişir. Belə bir zamanda dünyada və müxtəlif regionlarda yeni liderlər ortaya çıxır. Bu proseslər tarixi şans, iqtisadi imkanlar və hərbi potensial tələb etdiyi qədər güclü lider məsələsinə də bağlıdır.  44 günlük Vətən müharibəsindən sonra Azərbaycana qarşı artan təzyiqlər tarixinin ən böyük basqısı kimi də şərh edilə bilər. Heç vaxt müstəqilliyini belə erkən bərpa edən bir dövlətə bu qədər müxtəlif qütblərdən təzyiqlər edildiyini xatırlamıram. Lakin Azərbaycan dövləti son illər ərzində istənilən təqib və təzyiqlərə tab gətirməklə yanaşı, bu proseslərdən üstün ayrılmağı da qarantiləyə bildi.  Azərbaycan 30 il ərzində BMT-nin yerinə yetirilməyən 4 məlum Qətnaməsini özü gücü hesabına bərpa etdi. Buna artıq məcbur idi. Çünki dövlət başçısı dəfələrlə bu barədə danışarkən bildirmişdi ki, Azərbaycan bu ədalətsizliyə gözyummayacaq. Elə də etdi. Lakin indi görürük ki, Azərbaycan tarixi ədaləti bərpa etməklə ona ağız əyən, hürən ermənipərəst Qərb qüvvələrinin də "Şəxsiyyətlərini" müəyyən etmiş oldu.  Demokratiya, beynəlxalq hüquq, insan haqları yalnız özlərinə lazım olduqda, işlərinə yaradıqda yadlarına düşən məlum qüvvələrin ikitirəliyi Azərbaycanı məcbur qoydu ki, məhz hərbi güc imkanına regionda sülhü gətirsdin. Necə ki, bunu ötən gün dövlət başçımız Bakıda VI Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışı zamanı bildirdi: Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Hesab edirəm ki, bu, lazımınca nəzərdən keçirilməlidir". Beynəlxalq təşkilatların Ermənistanın işğala son qoyması ilə bağlı qətnamə və qərarlar qəbul etdiyini xatırladan dövlətimizin başçısı bildirib ki, Qətnamələri qəbul edənlər onların icrası üçün heç nə etmədilər. Onda biz sülhə müharibə yolu ilə nail olmalı idik. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Sentyabr ayında biz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik. Bu məsələ Azərbaycan ərazilərində separatizmi təbliö edən, ona rəvac verən əməllərindən əl çəkməyən, işğalı legotomləşdirməyə çalışan qüvvələrə rəsmi Bakıdan növbəti tərs şillə oldu. Sirkə nə qədəür tünd olsa öz qabını çartladar. Bu məsəl hazırki məqamda Emanuel Makronun idarə edə bilmədiyi Fransaya daha çox şamil edilə bilər. Günlər öncə Bakıdakı səfirini geri çağıran Fransa onu yenidən Azərbaycana geri qaytarmağa qərar verdi. Səfir Bakıdadır və fəaliyyətini davam etdirir. Halbuki, Makron nümayişkənarə şəkildə aprelin 16-da Fransanın Azərbaycadakı səfirini “məsləhətləşmələr” adıyla geri çağırmış və şəxsən onunla görüşmüşdü ki, bu, anti-Azərbaycan addımından başqa bir şey deyildi. Fransa hökümətinin fikrində belə sürətli korrektəyə getməsi təəccübləndirmədi. Bunu yalnız naşı siyasətçilər edə bilər. O nöqteyi nəzərdən Makron artıq ad çaxarıb. Böyük ehtimalla Fransa hesablamalarında yanıldıqlarını anladı: 1. Makronun səfirini Parisə çağırmasından sonra  Azərbaycanla Ermənistan sərhədin müəyyənləşməsində (19 apreldə) razılaşma əldə etdi. 2. Makronun səfirini Parisə çağırmasından sonra  Almaniya yenidən ön plana çıxdı və prezident İlham Əliyev Berlində Olaf Şoltsla görüşdü.  Çox günman ki, Makrona anti-Azərbaycan siyasətinin Fransanın Cənubi Qafqazdakı mövqelərini zəiflətdiyini başa salan olub. Bu isə təsdiq edir ki, əslində Makron ölkəsinin maraqlarına zidd siyasət yürütməklə məşğuldur. Fransa hakimiyyəti bu gün öz maraqları, öz prinsiplərinə görüə bütün Fransanın mənafeyini ayaq altına atdığını nəzərədən belə keçirməyib. Amma düzü Makron bu yarıtmaz, sərsəm siyasətindən əl çəkəcək kimi görünmür. Çünki Qarabağ separatçılarının nümayəndələrini əvvəlki illərdə olduğu kimi indi də Parisdə tədbirlərə dəvət edir, onlarla müəyyən fikir mübadilələri aparır. Fransadan fərqli olaraq rəsmi Bakı çox nizam-intizamlı, uzaq perespektivə hesablanmış qətiyyətli siyasəti ilə diqqət çəkməkdədir. Təkcə nu demək kifayətdir ki, Prezident İlham Əliyevin Putinlə görüşdən qayıtdıqdan bir neçə saat sonra ADA-da keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” adlı beynəlxalq Forumun işinə qatılaraq, ona ünvanlanan çoxsaylı suallara verdiyi əhatəli cavablar bizim son 3 il ərzində regionda gedən proseslərin gerçək mahiyyətini dünya ictimaiyyətinin diqqətyinə çatdırmaq baxımdan olduqca önəmli oldu. Ermənistan siyasi hakimiyyəti də bu gün Azərbaycanın yürütdüyü, diqtə etdiyi addımlardan kənara çıxmağın onlar üçün uçurumla nəticələnəcəyini dərk etməyə başlayıb. Qazaxın bitişik kəndlərinin geri qaytarılması barədə razılıq əldə olunmasından sonra Paşinyan ölkədə çox güclü təzyiq altındadır. Kilsə, diaspor, müxalifət və yerli sakinlər Paşinyanın qərarının icrasına qarşı ciddi müqavimət göstərir. Rusiya-dəstəkli erməni mediası isə Paşinyana qarşı etirazların işıqlandırılmasında xüsusi canfəşanlıq edir. Lakin görürük ki, Nikol Paşinyan geri çəkilmək fikrində deyil. Doğrudur, istisna edilmir ki, ABŞ və Avropadan verilən açıqlamalarda Paşinyanın Qazaxda geri addım atması dəstəklənir. Aydındır ki, 5 apreldə Brüsseldə keçirilmiş üçtərəfli konfransda bu addım razılaşdırılıb və Paşinyan Qərbin dəstəyinə arxalanaraq, belə bir riskə gedib. Çox güman, Paşinyan Qərbin dəstəyi ilə daxildəki etirazların öhdəsindən gələ biləcəyi qənaətindədir. İstənilən halda, görünür Bakı İrəvanı inandıra bilib ki, Azərbaycan da Paşinyanın əlini gücləndirəcək, sülh prosesi müddətində Ermənistanda anti-Paşinyan bloku yaranmasına mane olacaq addımlar ata bilər.  Paşinyana qarşı etirazlara siyasi lider yerinə, keşişlərin rəhbərlik etməsi də xüsusilə diqqət çəkir. Bir müddət davam edən “soyuq müharibədən” sonra Kilsə artıq açıq şəkildə Paşinyana qarşı mübarizəyə girişib. Ermənistan müxalifətinin Paşinyana siyasi alternativ yarada bilməməsi, dini elitanın siyasətə qarışmasına zəmin yaradır. Şübhəsiz ki, Paşinyan bu proseslərdən qalib çıxa bilsə və hakimiyyətini möhkəmləndirə bilsə, ilk növbədə kilsəni cəzalandırmaq və özünə sadiq kadrlarla əvəzləmək işinə girişəcək. İndiki məqamda Paşinyanın Bakının sərhədlərin müəyyənləşdirilməsi istiqamətində fəallığı artırmaq təklifinə verdiyi müsbət reaksiya və davam edən "dirək basdırma" prosesi tərəflərin artıq sülh məsələsində yekun nəticəyə çox yaxın olduqlarını da nümayiş etdirir. Çünki delimitasiya-demarkasiya prosesinin yükun sülhdən daha gec gerçəkləşəcəyi ilə bağlı təcrübələr az deyil. Lakin biz bu gün Ermənistanla Azərbaycan arasında tamamilə fərqli mənzərənin şahidi olmaqdayıq. Görünür, Ermənistan Bakının regiondakı ağırlığını, dünyada artan nüfuzunu hər gün daha çox hiss etməyə başlayır.  Paşinyan hakimiyyətinin Azərbaycan ilə ortaq məxrəc tapmaq səsbəblərindən biri həm də böyük ehtimalaa İrəvanın artıq Bakıya inamının artmasıdır. Rəsmi İrəvan Bakının hətta düşməninə belə yalan danışmadığını, mübarizəsini çox açıq şəkildə apardığını anlamağa başlayıb. Bu da Ermənistanda Azərbaycana etimadın artması anlamına gələ bilər. 

Atabəy Türkel

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla