AZ

Tavuşdakı aksiyalara Azərbaycan polisi müdaxilə edə bilər? - AÇIQLAMA

Tavuşdakı aksiyalara Azərbaycan polisi müdaxilə edə bilər? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bu gün səhər saatlarından etibarən Ermənistanın Tavuş rayonunun Kirants kəndində etirazçılar yolu bağlayıblar. Hadisədən qısa müddət sonra hadisə yerinə polislər cəlb olunublar. Aparılan əməliyyat nəticəsində 31 nəfər saxlanılaraq Tavuş Rayon Polis Bölməsinə aparılıb.

Bildiyimiz kimi, həmin əməliyyat Azərbaycanla Azərbaycanla şərti sərhəddə əməliyyat keçirilib. Bəs aksiyaların geniş vüsaət alacağı təqdirdə Azərbaycan polisi prosesə müdaxilə edə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Erməni radikallarının sərhədyanı zonada təxribatlarının böyük vüsət alacağını düşünmür:

"Çünki proses gedir və sərhədlər müəyyənləşir. O cümlədən dirəklərin sayı artır. Paşinyan cəmiyyətdə çoxluğa istinad edir. Hər halda radikallar suyu bulandırmağa çalışır və kilsədə onlara dəstək verir. Polis və ordu gücü ilə Paşinyanın bu aksiyanı dayandıracağıni düşünürəm. Burada bizim müdaxiləmizə ehtiyac qalmıyacaq. Əsas odur ki, kəndlərimiz qaytarılır və sərhədlərimiz müəyyənləşir. Ermənistan və Azərbaycan üçündə görülən işlər faydalıdır. Ona görə Azərbaycan tərəfinin prosesə müdaxilə edəcəyini zənn etmirəm. O halda müdaxilə baş tuta bilər ki, bu təxribatlar Azərbaycan ərazisinə keçsin. Bu zaman həmin təxribatların cavabı layiqincə veriləcək".

Qeyd edək ki, saxlanıların hamısı Ermənistan Cinayət Məcəlləsinin 182-ci (hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmama) maddəsi ilə həbs edilib. Eyni zamanda məlumatda bildrilib ki, hazırda Kirantsa bütün giriş-çıxış bağlanıb.

Sevda Səfərova

Seçilən
3
Mənbələr
Şərh ()
Bağla